İKT
Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
CNBC-nin məlumatına görə, şirkətin proqnozuna əsasən, kiçik süni intellekt modelləri ağıllı sobalara, Android TV qurğularına və internetə qoşulan digər cihazlara nüfuz edə, onların hesablama resurslarından istifadə edərək öz surətlərini yarada bilər.
Publika.az xəbər verir ki, belə bir süni intellektin fəaliyyətini dayandırmaq xüsusilə çətin ola bilər. Buna səbəb sistemin vahid idarəetmə mərkəzinin olmaması və müxtəlif cihazlar arasında yayılmaq imkanına malik olmasıdır.
Bununla belə, hazırda nəzarətsiz şəkildə çoxala bilən, tam avtonom süni intellekt sisteminin mövcud olmadığı bildirilir.
Anthropic gələcəkdə belə sistemlərin meydana çıxa biləcəyini gözləyir. Şirkət xəbərdarlıq edir ki, yavaş-yavaş öz surətlərini yaradan süni intellekt sistemləri daha təhlükəli modellərin xəbərçisi ola bilər. Gələcəkdə bu modellər qorunan serverlərə müdaxilə etmək və giriş açarlarını ələ keçirmək imkanına yiyələnə bilər.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
















.jpg)



.jpg)


















