Nida Xəbər
Heydər Əliyevin ideyası Rusiya, İran və Azərbaycan... - Dmitri Kiselyov
Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, həm də daha geniş regionda sülh amilidir.
Publika.az xəbər verir ki, bunu “Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, məşhur aparıcı Dimitri Kiselyov “Vestnik Qafqaz” saytının müxbiri ilə söhbətində deyib.
“İndi Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, onun hüdudları xaricində sülh amilidir. Məsələn, Azərbaycan Rusiya ilə İran arasında, hətta bizim üçtərəfli layihələrimizdə bir tərəfdaş kimi uğurla fəaliyyət göstərir”, - o bildirib.
Dmitri Kiselyov vurğulayıb ki, Rusiya və Azərbaycan arasında müasir qarşılıqlı sərfəli və konstruktiv strateji münasibətlərin formalaşmasına Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev əhəmiyyətli töhfə verib.

“Mənə elə gəlir ki, o, sağlam təməl qoydu. Heydər Əliyevin ideyası Rusiya-İran-Azərbaycan münasibətləri üçbucağını qurmaq idi və bu üçbucaq kifayət qədər balanslaşdırılmışdı. Bunun sayəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində nizama salınmanın amili oldu”, - “Rusiya bu gün”ün baş direktoru vurğulayıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyev bu mənada öz atasının xəttini davam etdirir. Məşhur aparıcı qeyd edib ki, Azərbaycan kifayət qədər sürətli templərlə inkişaf edir, özünü beynəlxalq səhnədə rahat hiss edir, ölkə daxilində sabit və tarazlaşdırılmış cəmiyyət yaşayır.
Bütövlükdə Qafqaz haqqında danışan məşhur aparıcının sözlərinə görə, Qafqaz öz taleyini özü idarə etməli, kiminsə arxasınca getməməlidir.
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova






.jpg)


.jpg)

.jpg)




















