Nida Xəbər
Azərbaycanda magistral yollar ən yüksək standartlara çatdırılır
Son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də yol infrastrukturudur. Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub. O cümlədən, magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də uğurla həyata keçirilir.
Bu barədə “Azərbaycan” qəzetində dərc edilən məqalədə bildirilib.
Məqalədə vurğulanır ki, 2018-ci ildə cənab İlham Əliyev şəxsən bu layihələrlə yerində maraqlanıb və yeni salınan, əsaslı şəkildə yenidən qurulan yolların açılış mərasimlərində olub. Dövlət başçısının əksər regionlara səfər proqramlarına yeni yolların açılış mərasimi daxil edilib.
Ötən il ölkədə yeni inşa olunan, əsaslı şəkildə qurulan yollara nəzər yetirək:
Prezident İlham Əliyev keçən il - Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsi, İmişlidə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsi, həmçinin İmişli-Otuziki-Qaraqaşlı, Bərdədə Yeni Daşkənd-Umudalılar, Xaçmazda Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat, eləcə də Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı yolunun, başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun, Goranboyda Dəliməmmədli - Quşçular - Faxralı - Qurbanzadə - Alpout, eləcə də Dəliməmmədli-Muzdurlar-Qırıqlıb, Şamaxıda Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk, Dəmirçi-Lahıc avtomobil yollarının, Qubada İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq, Biləsuvarda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad yolunun, Masallıda Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı yollarının, Lənkəranda Hirkan-Daştatük-Biləsər yolunun, Lerikdə Piran-Hamarat-Vijaker, Qax rayonunda Qax-Qıpçaq-Ağyazı, Şəki şəhərində Şəki-Kiş, Ağdamda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yollarının açılış mərasimlərində iştirak edib.
Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi məkan kimi Azərbaycan da tarixi İpək yolunun bərpası prosesində öz üzərinə düşən vəzifəni uğurla reallaşdırır. Ötən il bu istiqamətdə daha bir layihə gerçəkliyə çevrilib. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verilib.
Cənab İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimində qeyd edilib ki, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan bu yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Xatırladaq ki, indi "köhnə yol” adlandırılan mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idi. Yeni yolun istifadəyə verilməsi ilə Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: - Bir ofis romantikası başlaya bilər
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı VƏFAT ETDİ - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin214 Dekabr 18:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman14 Dekabr 18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə14 Dekabr 18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?