Nida Xəbər
Türkiyəli nazir Qarabağ qaziləri ilə görüşdü - FOTO
Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri qardaş ölkənin Daxili İşlər naziri Süleyman Soylu ilə görüşüblər.
Publika.az xəbər verir ki, görüşdə S.Soylu Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu vurğulayaraq, qardaş ölkələrimizin müstəqilliyinə, azadlığına və iqtisadi inkişafına mane olmaq istəyən qüvvələrin öz məkrli niyyətlərini həyata keçirməyə can atdıqlarını bildirib. Vurğulayıb ki, buna görə də qardaş ölkələrimiz inkişaf etməli, öz güclərini artırmalıdırlar. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir bütün sahələrdə səmərəli əməkdaşlığın gündən-günə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qardaş Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və idmançıları ilə görüşdən məmnunluğunu ifadə edən nazir Süleyman Soylu onların qələbə əzmini yüksək qiymətləndirərək deyib: “Futbol təkcə ayaqla deyil, ürəklə oynanılır. Siz də futbolu ürəklə oynayırsınız. Buna görə də Allah sizdən razı olsun”.
Söhbət zamanı “Qarabağ qaziləri” amputant futbol federasiyasının prezidenti Rövşən Akifoğlu səfərin təşkilinə və görüşə görə qardaş Türkiyəyə minnətdarlığını bildirərək, səfər barədə məlumat verib.
“Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət ediblər.
Xatırladaq ki, komandamız səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.
Oyundan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.
-
Ekopublika.az14 Sentyabr 22:04Nüfuzlu agentlikdən manatla bağlı mühüm proqnoz: Gələn il...
-
Elm və təhsil14 Sentyabr 21:51Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Magazin214 Sentyabr 21:39“Kurtlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər
-
Kriminal14 Sentyabr 20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə14 Sentyabr 18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal14 Sentyabr 18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial14 Sentyabr 15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika14 Sentyabr 15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı




































