Nida Xəbər
Boltonun Bakıya səfərinin ƏSL SƏBƏBİ... - Keçmiş səfir açıqladı
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Corc Meyson Universitetinin professoru olan Riçard Kozlariç Ermənistanın 1-ci informasiya saytına müsahibə verib.
Musavat.com xəbər verir ki, keçmiş səfir Kozlariç 2018-ci ilin
iki gözlənilməz hadisə ilə müşayiət olunduğunu deyib:
“Bunlardan biri tərəflərin artan hərbi ritorikasına rəğmən, silahlı
toqquşmaların irimiqyaslı müharibəyə çevrilməməsi ilə bağlıdır.
İkincisi isə Ermənistanda baş verən siyasi dəyişiklikdir. Bu isə
Azərbaycan və Ermənistan arasında ciddi danışıqlar üçün imkanların
yaranması deməkdir”.
Kozlariç bəhs olunan hadisələrin münaqişənin nizamlanmasına təsir göstərib-göstərməyəcəyi ilə bağlı suala cavab verməyin çətin olduğunu ifadə edib. Onu sözlərinə görə, Rusiyanın hər iki tərəfi silahlandırmaqda davam etməsi “ehtiyatsız toqquşmalar” təhlükəsini artırır.
Bu səbəbdən də tərəflərin bir qədər yumşalmasına rəğmən,
Kozlariç hələ də pessimist hisslər daşıdığını ifadə edib:
“Mənim ən böyük təlaşım ABŞ-ın indiki rəhbərliyinin İranla əlaqədar
apardığı qeyri-müəyyən siyasət ilə bağlıdır. Hesab edirəm ki, Con
Boltonun Cənubi Qafqaz ziyarətinin əsl səbəbi də ABŞ-ın İrana qarşı
mövqelərinin gücləndirilməsi niyyəti olub. Əgər, bu, belədirsə
ABŞ-ın Azərbaycan və Ermənistana diqqəti Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasından çox İran problemindən irəli
gəlir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
