Nida Xəbər
Lavrovdan Qarabağ AÇIQLAMASI: Ümid edirik ki, ermənilər...
“2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri çox
pozitiv oldu”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər
naziri Sergey Lavrov “Moskva-baku” portalına açıqlamasında
deyib.
Lavrov qeyd edib ki, Azərbaycanla münasibətlər haqqında “sıçrayış”
terminindən istifadə etmək istəmir: “Çünki bizim münasibətlərimiz
kifayət qədər möhkəmdir və inkişaf edir. Ötən il kifayət qədər
yüksək səviyyəli görüşlər oldu, prezidentlər bir araya gəldi, mən
həmkarım Elmar Məmmədyarovla həm Moskvada, həm Bakıda görüşdüm.
Prezident Putin və Əliyevin birgə hamliyi altında Bakı Humanitar
Forumu keçirildi. Hər şeyi sadalasam, kifayət qədər uzanar. Ona
görə də mən ötən ili olduqca müsbət qimyətləndirirəm. Azərbaycanla
Rusiya MDB strukturlarında, BMT-də, ATƏT-də, Avropa Şurasında birgə
əməkdaşlıq edir. Yeri gəlmişkən deyim ki, Avropa Şurasının
Parlament Assambleyasında Azərbaycan haqqında kifayət qədər qərəzli
addımlar atır, Azərbaycan nümayəndə heyətinin üzvlərinin
hüquqlarını diskriminasiya etməyə çalışırlar”.
Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində ötən il atdığı addımlardan da danışıb.
“Ötən il Ermənistanda rəhbərlik dəyişdi, buna görə də Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması üzrə həmsədrlərin işinə
töhfəmiz tanışlıq görüşləri ilə kifayətləndi. Lakin bu ay
Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin
iştirakı ilə növbəti görüşlərə hazırlaşırlar. Ona görə düşünürəm
ki, biz münaqişənin nizama salınmasına kömək edə biləcəyik.
Əlbəttə, Bakı və İrəvanın niyyəti yaxşı olanda beynəlxalq
ictimaiyyət, o cümlədən həmsədrlər dəstək verir. Bakının
danışıqlara hazırlıq haqında bəyanatları müxtəlif dəstəyə layiqdir,
ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab
verəcəklər”, - deyə o bildirib.
Rusiya XİN rəhbəri ötən il Azərbaycan, Rusiya və İran liderlərinin
üçtərəfli sammitinin olmadığına da aydınlıq gətirib: “Hər il belə
bir formatın toplanması ilə bağlı hansısa razılıq yoxdur, buna görə
üç prezidentin görüşünün baş tutmadığını demək doğru olmaz. Növbəti
sammiti Rusiya qəbul edəcək. Biz bu sammiti hazırlayırıq, sizi
inandırıram ki, bu olacaq”.
S. Lavrov Rusiya-Türkiyə-Azərbaycan formatının yaradılması ilə
bağlı suala cavabında bildirib ki, bu istiqamətdə danışıqlar
praktik mərhələyə keçməyib.
Asif
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)










