Nida Xəbər
İrəvana verilən vaxt BAŞA ÇATDI: Bakı Qarabağda HƏRƏKƏTƏ KEÇİR
Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Moskvada
keçirdiyi mətbuat konfransında bəyan etdi ki, 2019-cu ildə Dağlıq
Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş
gözləyirlər. Lavrov irəliləyişin konkret necə olacağını açıqlamasa
da bildirdi ki, Azərbaycanın münaqişənin həll yollarını tapmaq
hazırlığını dəstəkləmək lazımdır. O, İrəvan tərəfinin də həll
prosesinə razılaşacağına ümid etdiyini qeyd etdi. Sual yaranır:
Lavrovun gözləntiləri nə ilə bağlıdır?
Publika.az xəbər verir ki, burada bir neçə versiya
var:
Birincisi, Lavrov onun adını daşıyan məşhur planı
nəzərdə tuta bilər. Hansı ki, “Lavrov planı” adlanan bu variant
2011-ci ildə gündəmə gələn “Kazan düsturu”nun davamı sayılır və
ilkin mərhələdə Qarabağ ətrafındakı 5 rayonun qaytarılmasını,
ardınca 2 rayonun azad edilməsini və tərəflərin status üzərində
müzakirələr aparmasını nəzərdə tutur.
İkincisi, münaqişənin hərbi yolla
həllidir. Ermənistanın yeni hakimiyyətinə daxili problemləri həll
etmək üçün zaman verilmişdi və bu vaxt başa çatmış hesab olunur.
İrəvan danışıqlar masasında konstruktiv davranmasa, o zaman
Azərbaycan beynəlxalq hüququn təsbit etdiyi kimi ərazi bütövlüyünü
təmin etmək üçün anti-terror əməliyyatlarına başlaya bilər.
Lavrovun “Bakının hazırlığına dəstək vermək lazımdır” açıqlamasının
arxasında da məhz Azərbaycanın müharibə hüququnun dəstəkənməsi
mesajı da yata bilər. Xüsusilə Rusiya-Ermənistan münasibətlərinin
gərginləşməsi fonunda Moskvanın İrəvanı dəstəkləyəcəyi ehtimalları
azalır.
Ermənistan mediası da Lavrovun bu açıqlamasında İrəvan üçün
təhlükəli mesajlar olduğunu yazıb.
Erməni şərhçi Aram Amatuni isə “Lavrov müharibəyə icazə verir” deyə
iddia edib.
Burada Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr
Duqinin “moskva-baku” portalına son müsahibəsində Rusiya-Ermənistan
münasibətləri haqqında səsləndirdiyi fikirlər yada düşür.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Duqin bildirib ki, Moskva İrəvana qaz təzyiqindən başqa, Dağlıq
Qarabağ münaqişəsinin nizama salınmasında da təzyiq edə bilər.
“Putin Ermənistana deyə bilər: “Baxın, biz həmişə Azərbaycanın
ərazi bütövlüyünü tanıyırdıq, Qarabağı Azərbaycanın ərazi hesab
edirdik. Biz münaqişənin hərbi yolla həllinə qarşıyıq, lakin gəlin
bütün işğal edilmiş ərazilərdə Azərbaycanın konstitusion nəzarətini
bərpa edək. Əgər siz regionda ümumi sülhün qorunmasına hesablanmış
ssenariyə - 5 rayonun Azərbaycana qaytarılmasına razı deyilsinizsə,
onda gəlin başqa cür edək...”. Rusiya bu tezisi səsləndirə bilər,
sonra vəziyyət qorxulu olacaq. Rusiyada heç bir erməni diasporu
Paşinyana kömək etməyəcək. Putin Ermənistanı sevir, lakin bu
şərtlərdə İrəvanı titrətməyə qərar verəcəksə, onda Qarabağ geniş
muxtariyyətin təminatı şərti ilə Bakının hakimiyyəti altına
qayıdacaq. Heç kəs Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə
mane olmayacaq. Azərbaycan əvvəlki ölkə deyil, bu güclənmiş, fəal
inkişaf edən dövlətdir”, - deyə Duqin qeyd edib.
Asif
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)










