Nida Xəbər
Qüdrət Həsənquliyev: “Əli Kərimli tələbəlik illərindən xarici dairələrin xidmətində olub”
“Ermənipərəst xarici dairələr qorxmağa başlayıblar ki, Azərbaycan Rusiya ilə yaxınlaşır və bundan istifadə edib Qarabağı işğaldan azad edə bilər”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət
vəkili Qüdrət Həsənquliyevin Milli Şuranın son mitinqi ilə bağlı
partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. BAXCP
sədrinin müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, Milli Şuranın keçirdiyi son mitinq barədə
fikirlərinizi bilmək maraqlı olardı...
- Öncə onu söyləyim ki, təkcə Milli Şura yox, həmçinin Müsavar Partiyası və Real həmin mitinqlə bağlı xalqa çağırış etmişdi. Düzdür Əli Kərimli növbəti dəfə öz həmkarlarına münasibətdə yüksək “mədəniyyət” nümayiş etdirərək mitinqə digər iki partiyanın da qoşulması səbəbindən əvvəlkilərə nisbətən daha çox adam toplanmasından vəcdə gəlib, sözün həqiqi mənasında qışqıraraq bəyan etdi ki, ora toplaşanları məhz o “qələbəyə aparacaq”. Yeri gəlmişkən, qeyd edim ki, bu adam elə düşünür ki, qışqırırsa daha emosional görünür və insanları həyəcanlandırır.
Mitinqin real olaraq hansı səbəbdən çağırılmasına gəldikdə isə deyə bilərəm ki, bundan öncə mitinq keçirilməsi ilə əlaqədar İskəndər Həmidovun liderliyi ilə yaradılan təşkilata və Musavat Partiyasına icazə verilmədiyi üçün AŞPA-da Azərbaycanla bağlı məsələnin müzakirəsi öncəsi bu daha çox iqtidara lazım idi.
Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici dairələrin xidmətində olub. Mən istərdim ki, jurnalistlər onun 20 Yanvar qırğınından sonra Rəhim Qazıyevlə, Nemət Pənahovla birlikdə üzvü olduğu Müdafiə Komitəsinin vəsiqəsinin sovet ordusunun mətbu orqanı olan “Krasnaya Zvezda” qəzetində necə çap olunmasını və nədən həbs edilməməsini araşdırsın.Universitetdə onun və Cəmil Həsənlinin Ayaz Mütəllibovun silahdaşı, BDU-nun rektoru Mirabbas Qasımovun sadiq adamları olmasını hamı bilirdi. Təsadüfü deyildi ki, Mirabbas Qasımov Əli Kərimlini BDU-nun komsomol təşkilatının katibi təyin etmişdi. İqtidarın tapşırığı ilə AXCP-ni parçalaması da heç kimə sirr deyil. Onun Qənimət Zahidovu İrana və Rusiyaya göndərməsi də hər kəsə bəlli olan faktdır. ABŞ-ın Milli Demokratiya İnstitunun taşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West) şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin onu yaxşı tanımır. Onu yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaq. O tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə onlara yalnız məhrumiyyətlər yaşadacaq.
- Qüdrət bəy, müxalif düşərgənin bir qisminin birdən-birə belə canlanmasının səbləri nədir?
Canlanması yox, canlandırılması desəydiniz, daha çox yerinə
düşərdi. İqtidarın daxilində iddialı insanlar var ki, islahatların
dərinləşdirilməsi onların maraqlarına cavab vermir və onlar
hərəkətə gəlib Prezidenti və islahat tərəfdarlarını gözdən salmağa
çalışırlar. Düşünürlər ki, 1993-cü ildəki kimi siyasi böhran
yaranarsa hakimiyyəti ələ keçirə bilərlər.
İkincisi, ermənipərəst xarici dairələr qorxmağa başlayıblar ki,
Azərbaycan Rusiya ilə yaxınlaşır və bundan istifadə edib Qarabağı
işğaldan azad edə bilər. Ona görə də iqtidara təzyiq etmək, paralel
olaraq Zaxarova kimilərin əli ilə Rusiya-Azərbaycan əlaqələrinə
ziyan vurmaq istəyirlər. Amma bütün bunlar mənasızdır və onlar heç
nəyə nail ola bilməyəcəklər.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO