Nida Xəbər
Azərbaycanlı girovun azad edilməsinə RƏSMİ MÜNASİBƏT
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin
azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni azad etməsinə
münasibət bildirib.
Publika.az-ın sorğusuna cavabda Dövlət komissiyası
bildirib: “Aidiyyəti beynəlxalq təşkilatlardan daxil olmuş məlumata
əsasən, 1 fevral 2017-ci il tarixdə Ermənistan hərbçiləri
tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və
separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan
məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il
təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu 2 fevral 2019-cu il tarixdə
saxlanıldığı Şuşa şəhərindən Ermənistan Respublikasına
aparılmışdır. Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad
edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında
məsələ qaldırılmış və hazırda bu istiqamətdə zəruri işlər
aparılır”.
Qeyd edək ki, Qarabağdakı separatçı rejimi azərbaycanlı girov Elnur
Elman oğlu Hüseynzadəni fevralın 2-də həbsdən azad edib. Elnur
Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Onunla bağlı
qondarma rejimin məhkəməsi 2018-ci ilin fevralında qərar qəbul
edib. Ermənistan mediası azərbaycanlı girovun Azərbaycana
qayıtmayaq istəmədiyini, buna görə də üçüncü ölkəyə getməsinə
şərait yaradılacağı haqqında məlumat yayıb.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib










.jpg)


























.jpg)

.jpg)