Nida Xəbər
Millət vəkili: "Buna büdcədən 400 milyon manat ayrılacaq"
"Azərbaycan sosial dövlətdir və görülən bütün işlər insanların sosial rifahının yüksəlməsinə yönəldilmişdir".
Publika.az-a açıqlamasında bu sözləri millət vəkili Azər Badamov “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamı şərh edərkən deyib.
Millət vəkili son 15 ildə ölkəmizdə əməkhaqlarının 7, minimum əməkhaqlarının 6,5 dəfə artırıldığını deyib.
“Azərbaycan Prezidentinin dünənki sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Bu, 34,8 faiz artım deməkdir. Bu artım təbii ki, böyük kütləni əhatə edəcək. Minimum əməkhaqqının artımı dövlət qulluğu sektoru da daxil olmaqla, birbaşa olaraq 600 minədək vətəndaşı əhatə edəcək. Sərəncamın icrasına dövlət büdcəsindən il ərzində 400 milyon manat qədər əlavə vəsait yönəldiləcək. Bu vəsaitlər birbaşa insanların rifahının yaxşılaşmasına xidmət edəcək”, - Azər Badamov deyib.
O, qeyd edib ki, bu, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı ilk sərəncamı deyil:
“İki gün əvvəl pensiyaların artırılması ilə bağlı sərəncam imzalanmışdı. Ölkə başçısı bir neçə gün əvvəl şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi ilə bağlı sərəncam imzaladı. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan dövlətinin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması durur”.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
































