Nida Xəbər
Prezidentin yüksək vəzifə verdiyi Zahid Oruc DANIŞDI: Bir nömrəli vəzifəmiz...
"İlk növbədə, şəxsimə göstərdiyi etimada görə ölkə prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürlərimi bildirir, Azərbaycan dövlətinə xidmət naminə on minlərlə insana, o cümlədən, bizə verdiyi rəsmi imkana görə ona dərin hörmət və ehtiramımı ifadə etmək istəyirəm! İkincisi, ötən günlər ərzində müxtəlif kommunikasiya vasitələrilə bizi arayıb öz ürək sözlərini söyləyən hər kəsə ayrılıqda, hamıya birlikdə razılığımı qeyd etmək istəyirəm və deyilən hər kəlməni insanlar üçün işləmək, çalışmaq, fədakarlıq etmək siqnalı kimi qəbul edirəm.Bəlağətsiz və boyasız səmimi mövqeyim bundan ibarətdir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
Z.Oruc sözlərinə belə davam edib: "İşimizlə bağlı onu deyə bilərəm ki, dövlətin və hökumət orqanlarının çevrəsində onlarla institut, beyin mərkəzi və analitik qurum var.
Eyni zamanda, ölkə rəhbəri gündəlik olaraq, Azərbaycanın daxili
və xarici siyasətinə dair məlumatları müfəssəl qaydada müxtəlif
mənbələrdən alır, hesabat və təhlillərlə tanış olur, qəbul etdiyi
qərarlar zamanı onları nəzərə alır. Həmin informasların təminatı
məxfi xidmət orqanları, həmçinin icra və siyasi strukturlar
tərəfindən həyata keçirilir.
Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş
arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması
məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına
ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət
quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı,
şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir.
İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona
hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb
edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri
daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını
daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq.
O ki, qaldı əməkdaşlıq edəcəyimiz qurumlara, onlar bəllidir. İstər
beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi
informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə
çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir.
Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin
iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də
fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə,
əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar
Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan,
yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan
qətiyyən imtina etmək fikrində deyilik.
İndi isə, qısa şəkildə təşkilati işlərimizlə bağlı. Bildiyiniz
kimi, STM-in yaradılmasının təşkilati bazası keçmişdə mövcud olan
Strateji Araşdırmlar Mərkəzinin kadr və inzibati binası əsasında
həyata keçiriləcəkdir. O üzdən, bir sıra hüquqi prosedurları
sürətlə keçmək ərəfəsindəyik. Amma bu işlər bir qədər zaman
alacaq.
Xüsusi vurğulamaq istəyirəm ki, Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışan insalardan ibarət olacaq. Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Lakin bir prinsipə əmin ola bilərsiniz - ölkə rəhbərinin tapşırığı ilə savadlı, intellektual gəncləri sıralarımıza almağa heç kəsin şübhəsi olmasın!
Sonda informasiya məkanında şəxsimə dair göstərilən inamı, müsbət sözləri, eləcə də tənqidləri, hətta ittiham və mühakimə epitetlərini də çox anlaşıyla qarşıladığımı bildirmək istərdim. Doğrudur, onlarla tam tanış ola bilməmişəm. Lakin belə də olmalıdır. Çünki biz tənqidlərə hər zaman açığıq.
Və sonda... Əziz media dostlarımız. Müsahibə və görüşlərlə bağlı bizə bir qədər zaman verməyinizi sizdən xahiş edirəm. Danışmaq üçün əvvəlcə gərək cəfakeşliklə və ürəklə işləyək!"
-
Qoroskop16:24
Bu da məşhur astroloqun proqnozu: 2025-ci ilin ən şanslı bürcləri
-
Dünya15:56
ABŞ, Rusiya və Çin arasında böyük saziş bağlanacaq: Ukraynanın taleyi belə həll ediləcək
-
Nida Xəbər 14:30
ABŞ-ın “təyyarəni Rusiya vurub” ittihamına Kreml belə cavab verdi
-
Nida Xəbər 12:27
MEDİA saytlara dəstək layihəsinin qaliblərini açıqladı
-
Sosial11:50
Prezident büdcəni təsdiq etdi: Maaş, müavinət və təqaüdlərə nə qədər pul ayrılacaq?
-
Rəsmi xronika11:36
Prezident xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxdı - YENİLƏNDİ / FOTO
-
Dünya11:32
İnanılmaz: Kurskda döyüşən Şimali Koreya əsgərləri əsir düşməmək üçün görün nə edirlər
-
Yaxın Şərq11:28
“Mossad” Suriyada əməliyyata hazırlaşır - Məşhur casusun nəşini və...