Nida Xəbər
Azərbaycan-Fransız Universitetində media-tur
Bu gün Dövlət Neft və Sənaye Universitetinin nəzdində
fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində media-tur
təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən
ADNSU-nun rektoru Mustafa Babanlı təhsil sistemində aparılan
islahatların öz bəhrəsini verdiyini deyib.
Rektor bildirib ki, UFAZ 2016-cı ildə dövlət proqramına əsasən
ikili diplom prosesinə qoşulub:
"Fəaliyyət göstərdiyi 3il ərzində əldə olunan nəticələr yüksək
səviyyədədir. Bu il birinci kurs tələbələri qış imtahan sessiyası
nəticəsində ən yüksək nəticə göstəriblər. Belə ki, ilk dəfə
imtahanda 94 faiz uğurlu nəticə əldə edilib. Qeyd etməliyəm ki, bu
Strasburq universitetindəki nəticələrdən yüksəkdir. Strasburq
universitetində anoloji proqram üzrə nəticələr 34-35 faiz olub.
Bunun da əsas səbəbi bizim iki mərhələli qəbul prosesi ilə
bağlıdır. Nəticədə biz cəmiyyətin qaymaqlarını universitetə qəbul
edirik. Bu vaxta qədər yalnız 3 əcnəbi tələbə universitetə qəbul
olub ki, onların imtahan nəticələri yerli tələbələrdən aşağıdır.
Lakin təəssüfləndirici haldır ki, bu ildən tələbələr arasında
köçürmə hallarına rast gəlinir. Bu hallara qarşı tədbirlər
görüləcək".
Tədbirdə çıxış edən UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və baş
katib Şarlot Payen universitetdə tədris olunan ixtisaslar, tədris
prosesindəki fərqliliklər, üstünlüklər, tələbə kontingenti, qəbul
qaydaları barədə məlumat veriblər.
Bildirilib ki, bu tədris ilində 59 əcnəbi müəllim universitetə
dəvət edilib. Universitetə ilk qəbul ilində 142, ötən il 145, bu il
isə 141 tələbə qəbul olub.
Gülxar
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
















.jpg)

















.jpg)
.jpg)
