Nida Xəbər
Xocalı qurbanları Səudiyyə Ərəbistanında da anıldı
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Krallıqda yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiyini deyən səfir, Xocalı soyqırımının bəşəriyyət tarixində amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb. Soyqırımın erməni vandallarının etnik təmizləmə siyasətinin davamı olduğu diqqətə çatdırılıb, Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozaraq, Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını qeyd edib.
Ş.Abdullayev Xocalı faciəsinin dünyada, xüsusilə də İslam aləmində tanıdılması və qınanması istiqamətində Azərbaycan hökumətinin, xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər haqqında da danışıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən çəkilmiş “Khojaly Genocide” adlı sənədli film nümayiş olunub.
Rəsmi hissədən sonra “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycanda və dünyanın bir çox ölkələrində keçirilmiş tədbirlərdən fotoşəkillər nümayiş etdirilib. Sonda iştirakçılara Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumatların yer aldığı kitablar paylanılıb.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO






















.jpg)









.jpg)

