Nida Xəbər
ABŞ-dan Paşinyana SENSASİON ÇAĞIRIŞ: Əraziləri Azərbaycana qaytar, onlara cinayət işi aç
ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal
altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib.
Publika.az xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray
Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş
ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa
çağırıb.
Amerikalı politoloq qeyd edib ki, Qarabağda qalaqurma Paşinyana
danışıqlar masasında elastiklik imkanı verəcək.
“Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan
kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Qarabağda
qalaqurma siyasəti Ermənistan rəhbərliyinə münaqişənin həlli üçün
müzakirələrin aparıldığı danışıqlar masasında elastiklik imkanı
tanıyacaq. Paşinyan müəyyən addımları atdı, artıq etibarın
möhkəmləndirilməsi mexanizmlərinin reallaşdırılmasına hazırlıq
haqqında danışırlar”, - deyə Cenninqs vurğulayıb.
Onun fikrincə, bu addımlar Paşinyana müəyyən dividendlər gətirəcək:
“Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan
bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə,
misal üçün Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmaq icazəsi verəcək.
Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının
möhkəmlənməsi onun “Şərq və Qərb” arasında öz münasibətlərinin
tənzimlənməsindən asılı olacaq”.
Asif
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib











.jpg)
























.jpg)

.jpg)