Nida Xəbər
Vüqar Rəhimzadə: Dövlətə xəyanət yolunu tutanlara ən ağır cəza düşür
“İnsanlar müxtəlif siyasi baxışlara, fərqli düşüncələrə
sahib ola bilərlər. Lakin xalqın, dövlətin maraqlarından söhbət
düşəndə bütün mövqelər birləşməli, dövlət və xalqın mənafeyi hər
şeydən üstün tutulmalıdır. Əgər bir insan bu ali keyfiyyətlərdən
məhrumdursa və dövlətə xəyanət yolunu tutubsa o, ən ağır cəzaya
məhkumdur. Bu günlərdə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə
yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və
düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində
nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu
əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilən
Fəxrəddin Abbasov da belələrindəndir. Hesab edirəm ki, cəmiyyət bü
cür çürük ünsürlərdən təmizlənməli, dövlətə, xalqa xəyanət yolunu
tutanlar qanunun yol verdiyi ən ağır şəkildə
cəzalandırılmalıdırlar”.
Bu barədə Publika.az-a açıqlamasında YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Fəxrəddin Abbasov kimilərə “vətən
sevgisi” yox, “maddi maraqlar” anlayışı daha çox tanışdır:
“Fəxrəddin Abbasovun düşmən Ermənistana səfərləri, özünün də qeyd
etdiyinə görə, erməni xüsusi xidmət orqanının əməkdaşı ilə
görüşlərinin və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və
kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə
yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan və onun
ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və s. məsələlərlə bağlı
istintaq araşdırmaları davam etdirilir. Təbii ki, bütün bu məqamlar
ən ciddi şəkildə araşdırılacaq. Maraqlıdır, bir insan öz Vətəninə
qarşı bu qədərmi nankor olar?! Bu torpağın suyunu içib, çörəyini
yemək, sonra da ona qarşı xəyanət yolunu tutmaq hansı insanlığa,
mənəvi dəyərlərə uyğundur?! Hər bir halda cinayət heç vaxt cəzasız
qalmamalıdır. O zaman haqq, ədalət öz yerini tapır”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Fəxrəddin
Abbasov kimi Vətən xainlərinin həbsini siyasiləşdirmək əbəsdir: “Bu
gün Qərbin bəzi QHT-ləri, erməni və ermənipərəst qüvvələr, eyni
zamanda müxtəlif qərəzli dairələr insan hüquq və azadlıqları adı
altında başqa ölkələrə təzyiq göstərməyə çalışırlar və bu çirkin
siyasət uzun illərdir ki, davam edir. Əslində isə bu siyasətin
demokratik dəyərlərlə, insan hüquq və azadlıqları ilə heç bir
əlaqəsi yoxdur. Burada hansısa “maraqlar” və “mənafelər” ön plana
çıxır. Ancaq dünya artıq bu ikili standartlardan xəbərdardır və
onlara boyun əymir. Bu mənada Fəxrəddin Abbasovun həbsini
siyasiləşdirmək, ona başqa don geydirmək yolverilməzdir.
Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdir və eyni
məsuliyyəti daşıyırlar. Qanunlara əməl edənlərə hörmət, onları
pozub dövlətə xəyanət yolunu tutanlara isə ən ağır cəza düşür”.
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır
-
Region06:46Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi - FOTO
-
Magazin206:16Məşhur aktyorun sevgilisi tamamilə çılpaq poza verdi - FOTO
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz























.jpg)











