Nida Xəbər
Masallıda Aprel zəfərinin ildönümü qeyd edildi - FOTO
2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Nurlan Əsgərlinin doğulub boya-başa çatdığı Viləş kəndində keçirilən anım mərasimində şəhidin xatirəsi dərin ehtiramla anılıb.
Publika.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, xalq yazıçısı Elmira Axundova, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin əməkdaşı, kapitan Vüqar Əhmədov, Viləş kənd ərazi nümayəndəsi Alim Ələmov, Viləş kənd məktəbinin direktoru Habil Qəmbərov və kənd ağsaqqalları, təhsil işçiləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən E.Axundova Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətlərdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb. Şəhid ailələrinə, Qarabağ qazilərinə, müharibə veteranları və əlillərinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Xanım parlamentari Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətə də nəzər salıb. Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Nurlan Əsgərlinin də xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ölkə başçısının tapşırığına əsasən şəhid ailələrinə göstərilən xüsusi diqqətdən söz açıb. O Rayon İcra Hakimiyyəti adından hər zaman olduğu kimi, bundan sonra da şəhid ailələrinin onların diqqəti mərkəzində olacağını vurğulayıb.
Şəhidin valideynləri Bayram bəy və Ziba xanım çıxış edərək Nurlanın uşaqlıqdan vətənpərvər ruhda böyüməsindən, yoldaşlarına sadiqliyindən, idmanı çox sevməsindən, Allaha inamının güclü olmasından danışıb.
Ziba xanımın sözlərinə görə, oğlu uşaqlıqdan nağıl qəhrəmanlarını çox sevirmiş və onlara bənzəmək istəyirmiş:
"Mən ona "Balaca əsgərin nağılı"nı danışardım. Nurlan özünü o nağılın qəhrəmanı kimi doğrultmaq istəyirdi. Bir dəfə ibtidai sinif müəllimi ondan böyüyəndə kim olmaq istədiyini soruşanda, Nurlan cavabında, "Müəllim, mən böyüyəndə hərbçi olacağam" demişdi. ".
Ziba xanım Nurlanın hərbi xidmətə çağrıldığı vaxt yaşananları da dilə gətirib: "Nurlanın hərbi xidmətə çağırış vaxtı idi. Ancaq onu əsgər aparmadılar, 10 gün sonra gedəcəyini dedilər. Nurlan narahat oldu ki, "Mən niyə gec getməliyəm? Mən də hamı ilə bir yerdə getməliyəm". Elə alındı ki, 10 gün sonra da onu əsgər aparmadılar. Nurlan bərk narahat oldu. Komissarlıqda ona demişdilər ki, başqa göndərişə qala bilər. Bu zaman O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına girərək, xidmətin rəisi general-leytenant Arzu Rəhimova elektron müraciət yazmışdı ki, onu əsgər aparsınlar".
Ona çağırış gələndə isə çox sevindiyini qeyd edən Ziba ana deyib ki, Nurlan hərbi xidmətdə olan zaman öz istəyi ilə kəşfiyyat kursuna yazılıb:
"Kəşfiyyat kursunda oxuyan vaxt Nurlanın bir köynəyi vardı. Köynəyin arxasında "Hər ananın oğlu əsgər olur, amma hər qızın sevdiyi komando ola bilməz" sözləri yazılmışdı ".
Şəhidin valideyinləri ölkə başçısı və rayon rəhbərliyi tərəfindən ailəsinə göstərilən xüsusi diqqət və qayğıya, onlara yaradılan şəraitə görə, onlara öz minnətdarlıqlarını bildiriblər.
Mərasimdə çıxış edənlər Azərbaycan əsgərinin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıq nümunələrindən danışaraq, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini ifadə ediblər.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənə, şəhidlərimizə həsr olunan şeirlər söylənilib, nəğmələr ifa edilib.
Daha sonra tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi