Nida Xəbər
Mir Cəlal Paşayevin anadan olmasının 111 iliyi münasibətilə tədbir keçirildi - FOTO
Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 111 iliyi münasibətilə tədbir keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan tədbir böyük ədibin ev muzeyində baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq bildirib ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan sayılır. O, ədəbi aləmdə atdığı ilk addımlarından sənətin şöhrət zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün 50 ili ərzində zəngin ədəbi irs yaradıb. Mir Cəlal müəllim həqiqətən çox sadə və geniş ürəkli bir insan idi. Mir Cəlal bir nur çeşməsi idi və bu çeşmədən pay götürənlər çox olub. Niyazi Bayramov ədibin xatirəsinə hörmət və ehtiram ifadəsi olaraq, Gəncədə Mir Cəlal Paşayev adına muzey, məktəb fəaliyyət göstərdiyini, şəhərin görkəmli və abad küçələrindən birinə onun adı verildiyini qeyd edib.
Tədbirdə Aviasiya Akademiyasının professoru İbrahim Quliyev yazıçının yaradıcılığını xronoloji ardıcıllıqla təhlil edib və bildirib ki, görkəmli ədib M.Füzulinin, S.Puşkinin və digər klassiklərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Mir Cəlal Paşayev eyni zamanda elmi işlərlə də məşğul olub, “Ukrayna Azərbaycan ədəbi əlaqələri” mövzusunda elmi axtarışlar aparıb. O bildirib ki, ömrünü ədəbiyyatımızın, elmimizin inkişafına həsr edən görkəmli yazıçı Mir Cəlal Paşayev mənalı bir həyat yaşayıb. Zəngin yaradıcılıq yolu keçən Mir Cəlal xalqımızın vətənpərvərliyini, gənclərin arzu və istəklərini, həyatdakı mənfiliklərlə mübarizəni əks etdirən dəyərli romanlar, hekayələr yazıb.
Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib (Report).
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video






























.png)


.jpg)



