Nida Xəbər
Spiker Kiyevdə milli qəhrəmanımızla görüşdü - FOTO
Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib.
Publika.az xəbər verir ki, Oqtay Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini yad edib.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev spikerə park haqqında ətraflı məlumat verib.
Milli Məclisin sədri Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gəlib. Prezident İlham Əliyevin salamlarını çatdıran spiker qeyd edib ki, dövlət başçımızın birbaşa göstərişi və nəzarəti ilə onun müalicəsi nəzarət altındadır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.
Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sonra spikerə milli qəhrəmanlarımız haqqında olan kitabı təqdim edib.
O.Əsədovu görüşlərdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşahidə edib.
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"

























.jpg)









.jpg)
