Nida Xəbər
Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri "Keşikçidağ" məsələsini müzakirə edib
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkənin sərhədində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunu müzakirə edib.
"Report"un xəbərinə görə, O.Əsədov deyib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, heç kəs bu iki xalqın arasına girə bilməz: “Yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq. Hər iki ölkənin iştirakı ilə komissiya yaradılıb. Bu komissiyanın ikinci iclası iyunun sonunda Tblisidə keçiriləcək. Əminik ki, bu komissiya bu məsələlərin lazımi səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarının dostluğunu poza bilməz”.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, sərhədin delimitasiya və demarkasiya məsələsi qaydalar çərçivəsində həll edilməlidir: “Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, onlar bizim əlaqələrimizə xələl gətirmək istəyirlər. Onların bu cəhdləri uğurla bitməyəcək. Biz buna imkan verməyəcəyik. Komissiya sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin üçdə iki hissəsini razılaşdırıb, digər hissəsi də dostluq prinsipləri əsasında həll ediləcək. Bizim əlaqələrimiz dostluğa, qarşılıqlı hörmətə əsaslanır. Məqsədimiz əlaqələrimizi daha da inkişaf etdirməkdir. Xalq arasında əlaqələrin inkişafına böyük əhəmiyyət veririk”.
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı
























.webp)
.png)









.jpg)
.jpg)