Nida Xəbər
AŞPA-da azərbaycanlı məcburi köçkün və qaçqınların məsələsi müzakirə olundu
Avropa Şurası Parlament Assambleyası çərçivəsində qaçqın, məcburi köçkün və itkin düşmüş insanların taleyi ilə bağlı dinləmələr keçirilib.
Publika.az xəbər verir ki, dinləmələr Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin qurumun “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə hazırlıq çərçivəsində təşkil olunub. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda qaçqın və məcburi köçkünlərin, eləcə də itkin düşmüş insanların taleyinə dair müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkün məsələsinin həlli ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət və hökumətimizin həyata keçirdiyi layihələrdən, gördüyü tədbirlərdən söz açan F.Hüseynov qeyd edib ki, doğma yurdundan didərgin düşmüş insanların yerləşdirilməsi üçün yeni yaşayış məntəqələri salınır. Buna baxmayaraq, onlar daim öz doğma yurdlarına dönmək ümidi ilə yaşayırlar.
Qaçqın və məcburi köçkünlərin hüquqlarından danışan F.Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladaraq, məcburi köçkünlərin hər görüşdə doğma yurdlarına nə vaxt qayıdacaqları ilə bağlı suallar verdiyini qeyd edib. Ümid etdiyini bildirib ki, onların suallarına tezliklə cavab vermək mümkün olacaq.
Tədbirdə iştirak edən erməni deputatı yenə də yalanlarla dolu çıxış etmək istəsə də, konfransın sədri onu dayandırıb.
AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin üzvü, Polşadan olan deputat Killion Munyama ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı son yeniliklərlə maraqlanıb.
Dinləmələrdə məcburi köçkün, itkin düşmüş insanların taleyi ilə bağlı narahatlıq ifadə edilib, onların ailə üzvlərinin gözləntilərinə cavab verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO




















.jpg)














