Nida Xəbər
Ərdoğan Çin mediasına Bakının layihəsindən yazdı
Türkiyə olaraq dünyada sülhün, təhlükəsizliyin və sabitliyin qorunması və azad ticarətin davam etdirilməsi kimi sahələrdə Çin ilə eyni mövqeni bölüşürük.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinin "Qlobal Tayms" qəzetində yayımlanan "Türkiyə və Çin: Birgə gələcək perspektivləri olan iki ölkə" başlıqlı məqaləsində bildirilib.
Ərdoğan məqalədə yeni dünya sisteminin ortaya çıxmağa başladığı indiki dövrdə Türkiyə və Çinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: "Asiyanın şərqində və qərbində yer alan iki qədim mədəniyyətə malik olan çinlilər və türklər tarixi İpək Yolu vasitəsilə ticarət və mədəniyyətin inkişafında bəşəriyyətə böyük töhfə verdilər".
Ərdoğan, bundan əlavə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi, İstanbul boğazında inşa edilən Yavuz Sultan Səlim körpüsü, İstanbul boğazının altından keçən Mərmərə və Avrasiya tunelləri, Dardanel boğazında inşasına başlanılan 1915 Dardanel körpüsü, şoselər, sürətli qatar xətləri, maddi-texniki bazalar və bütün kommunikasiya infrastrukturunun "Mərkəzi dəhliz" layihəsi çərçivəsində həyata keçirildiyini qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
