Nida Xəbər
Əbülfəs Qarayev: “Qərarın qəbulu asan olmadı”
Şəki şəhərinin tarixi hissəsinin Dünya İrs Komitəsinin Dünya İrs Siyahısına daxil edilməsi ilə Azərbaycandan bu siyahıda daxil edilmiş irs nümunələrinin sayı üçə çatdı.
Publika.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O, daha sonra deyib: “Özünüz də şahid oldunuz ki, qərarın qəbulu asan başa gəlmədi. Artıq 6 ildir ki, Azərbaycandan olan ekspertlər xarici ekspertlərlə birgə bu qovluğu hazırlayaraq müxtəlif beynəxlaq təşkilatlara, o cümlədən ICOMOS-a təqdim etmişdi. Lakin onların analizi kifayət qədər müsbət olmamışdı. Ancaq Azərbaycanın gətirdiyi sübutlar və cənab prezidentin verdiyi sərəncamlar bu qərarın verilməsində müsbət rol oynadı. Azərbaycanla UNESKO-nun əlaqələrinin inkişafında ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var. Mən fürsətdən istifadə edib ona da təşəkkürümü bildirmək istəyirəm”. Əbülfəs Qarayev Şəki şəhərinin tarixi hissəsinin Dünya İrs Siyahısına salınması münasibəti ilə bütün Azərbaycan xalqına təbriklərini çatdırıb. O qeyd edib ki, bu, xalqımızın tarixində və özünüdərk prosesində bu fövqəladə əhəmiyyətə malik hadisədir.
Səxavət
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 2 Noyabr 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...



















.jpg)













.jpg)
.jpg)

