Nida Xəbər
Şəki ilə bağlı iclasa sədrlik edən səfir: “Mənim üçün şərəf idi”
Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi sessiyaya sədrlik etmək mənim üçün böyük şərəf idi. Bu irs nümunəsinin Dünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Braziliyanın UNESCO-dakı daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Mariya Edileuza bildirib.
M.Edilueza bu münasibətlə Azərbaycan xalqını təbrik edib, bunu Azərbaycanın böyük uğuru kimi dəyərləndirib.
O qeyd edib ki, qədim tarixə malik Şəki Böyük İpək Yolunun üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub: “Şəkinin tarixi hissəsi təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”.
M.Edileuza 43-cü sessiyanın Braziliya üçün də əlamətdar olduğunu deyib: “Bu sessiya zamanı mənim ölkəmin qarışıq (təbii və mədəni) irs nümunəsi olan “Parati mədəniyyəti və biomüxtəliflik” nominasiyası Dünya İrs Siyahısına daxil edildi. İki min hektara yaxın əraziyə malik Parati endemik quşların məskən saldığı zonanı əhatə edir. Bura təbii resurslarla zəngin, biomüxtəlifliyi ilə seçilən, yaquarların sıx məskunlaşdığı zonadır. Rio-de-Janeyro şəhərinin cənub hissəsində, San-Paulu şəhəri yaxınlığında yerləşir. Biz 10 ildən artıqdır ki, bu qovluq üzərində işləyirdik. Nəhayət, apardığımız iş səmərəsini verdi. Biz bu qərarın məhz Bakıda qəbul edildiyini hər zaman xatırlayacağıq”.
M.Ediluza bildirib ki, onun Bakıya artıq dördüncü səfəridir: “Çox gözəl ölkəniz, qonaqpərvər xalqınız var. Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm ki, Braziliyanın UNESCO-da mədəni irsinin qəbuluna dəstək oldu. Həm Paratinin, həm də Şəkinin Dünya İrs Siyahına daxil olunduğu sessiyada iştirakımdan məmnunam”.
Səxavət
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 2 Noyabr 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...



















.jpg)













.jpg)
.jpg)

