Nida Xəbər
Dünya İrs Komitəsinin 44-cü sessiyası bu şəhərdə keçiriləcək
UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir.
Publika.az xəbər verir ki, sessiyada Dünya İrs Mərkəzinin cari və növbəti iki il üçün büdcə layihəsi, həmçinin inzibati məsələlər müzakirə olunub.
Müzakirə zamanı 2018-2019-cu illər üçün büdcənin icrasına dair hesabat və Dünya İrs Fonduna 2020-2021-ci illər üçün büdcə təklifləri nəzərdən keçirilib.
Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler bu məsələdə narahatlığını çatdırıb. O, üzv ölkələrə müraciətlə deyib: “Əgər siz Dünya İrs Fonduna vəsait keçirmirsinizsə, o zaman “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyadan necə yararlana bilərsiniz?!”
UNESKO Dünya İrs Mərkəzinin katibliyinin əməkdaşı Petya Totçarova maliyyə və inzibati məsələlərə dair məlumat verib. O bildirib ki, sessiya çərçivəsində Əməliyyat Qaydaları üzrə İşçi Qrupunun 3 iclası keçirilib və burada bir sıra təkliflər səsləndirilib.
Norveç, Tunis, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. İşçi Qrupunun işi müsbət qiymətləndirilib.
Sonra Dünya İrs Siyahısında olan Ekvadorun Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel Adalarında yerləşən Valle-de-Mo təbiət qoruğunun bərpası və konservasiyası, idarəolunması ilə bağlı beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulanıb.
Daha sonra UNESCO Dünya İrs Komitəsinin 2020-ci ildə Çin Xalq Respublikasının Fuçjou şəhərində keçiriləcək 44-cu sessiyasının ilkin gündəliyi təsdiqlənib.
44-cü sessiyanın sədri, sədr müavinləri və məruzəçi seçilib.
Səxavət
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var












.jpg)























.jpg)


