Nida Xəbər
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatdı
UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyanın bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Bakıda keçirilən sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirən UNESKO-nun Ümumdünya İrsi Mərkəzinin direktoru Mextild Rössler bu günlər ərzində mühüm qərarların qəbul edildiyini söyləyib. O, bütün komitə üzvlərinin sessiyanın işində fəal iştirakını yüksək qiymətləndirib, təşkilat komitəsinin sədrinə UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irslə bağlı məlumatları əks etdirən kitab hədiyə edib.
Norveç, Tunis, Anqola, Kuba, Burkina-Faso, Küveyt, Qırğızıstan, Braziliya, Uqanda, İndoneziya, Macarıstan, Bosniya və Herseqovina, Qvatemala, Avstraliya, Zimbabve, Çin və digər ölkələrin nümayəndələri sessiyanın işini yüksək dəyərləndirərək, ev sahibi olan Azərbaycana minnətdarlıqlarını çatdırıblar. Vurğulanıb ki, burada qəbul edilən qərarlar dünya mədəni irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına töhfə verəcək.
Bütün çıxışçılara səmimi sözlərə görə minnətdarlığını bildirən sessiyanın təşkilat komitəsinin rəhbəri Əbülfəs Qarayev deyib ki, Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. Ötən müddət ərzində çox ciddi müzakirələr aparılıb, 166 sahəyə baxılıb və 29 irs nümunəsi siyahıya salınıb:
"Yüksək səylər göstərilməlidir ki, həmin sahələr bundan sonra da öz orijinal dəyərini qoruyub saxlasın. Mən Azərbaycan Prezidenti, Birinci vitse-prezidentin adından bildirirəm ki, 43-cü sessiyanı Bakıda keçirməkdən, sizləri burada qəbul etməkdən məmnun olduq”.
Ə.Qarayev sessiyanın keçirilməsində əməyi olan hər kəsə, o cümlədən media mənsublarına təşəkkür edib.
Daha sonra UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyası rəsmən bağlı edilib.
Səxavət
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 2 Noyabr 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...



















.jpg)













.jpg)
.jpg)

