Nida Xəbər
Şəkidə yaralananların həyatı üçün təhlükə var? - Komissiya sədrindən AÇIQLAMA
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsi zamanı xəsarət alanların hamısına ilkin tibbi yardım göstərilib.
Bu barədə "Report"a Şəki şəhər icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov bildirib.
O, qeyd edib ki, yaralılardan 4-ü helikopterlə Bakıya göndərilib. Hadisə zamanı ümumilikdə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Onlardan 13-ü ambulator müalicə alıb və evə buraxılıb. Yaralılardan 4-ü Bakıya göndərilib. Daha 2 nəfərin müalicəsi Şəki şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir", - deyə o bildirib.
İcra başçısının müavini əlavə edib ki, yaralıların həyatı üçün təhlükə yoxdur. "Ərazidə elə bir dağıntı olmayıb. Hazırda istintaq gedir. Bu səbəbdən təmizlik işləri aparılmayıb. Ərazi yəqin ki, sabah səhər təmizlənəcək".
Qeyd edək ki, hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 2 Noyabr 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...



















.jpg)













.jpg)
.jpg)

