Nida Xəbər
Qarabağ qazilərinin adından sui-istifadə edən KİMDİR? - VİDEOFAKT
Bir qədər əvvəl SOCAR mühafizəçiləri ilə Qarabağ əlilləri arasında yaşanmış qarşıdurmada iştirak edənlərdən birinin əslində Qarabağ əlili olmadığı üzə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Azər Həsrət sosial şəbəkədə məlumat yayıb.
“Bu videoya diqqət edin: ilk hissəsi 2017-ci ildə Suraxanıda çəkilib. Bu adam özü üçün ev tikir. Əli ayağı da yerindədir. Sap-sağlam, tir kimi oğlandır. Və ikinci hissəyə - SOCAR mühafizəçiləri ilə olan qarşıdurmaya diqqət! Yenə də mərkəzdə bu adamdır. Amma bu dəfə əlildir. Çəliklə gəzir. Hadisə 2019-cu ilə aiddir. Bəlli olur ki, belə adamlar qazi adından beləcə sui-istifadə edir. Ona görə də hüquq-mühafizə orqanlarının bu məsələni sonadək araşdırıb cəmiyyətə məlumat verməsini şəxsən bir vətəndaş kimi tələb edirəm. Niyə belə adamlar Qarabağ qazisi kimi müqəddəs addan sui-istifadə edir? Belələri doğrudanmı Vətən üçün vuruşub?” - Azər Həsrət qeyd edib.
Qeyd edək ki, Azər Həsrətin müqayisəli videosunu təqdim etdiyi şəxs Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Sərxan Musayevdir. O, SOCAR mühafizəçiləri ilə yaşanan qarşıdurmanın “açar şəxsi” hesab olunur. Belə ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işləri apardığı üçün SOCAR mühafizə xidmətinin əməkdaşları ilə gərginlik yaşanıb.
S.Musayev özü heç bir açıqlamasında Qarabağ əlili olduğunu deməsə də, media onu İkinci qrup Qarabağ əlili olaraq təqdim edib.
Araşdırmamız davam edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
