Nida Xəbər
İcma sədri: Prezidentin qətiyyətli bəyanatı məcburi köçkünləri çox sevindirdi
Prezident İlham Əliyevin "Valday" klubunda qətiyyətli bəyanatı Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirib.
Publika.az xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında keçirilən “Qarabağ Azərbaycandır və nida” adlı konfransda çıxışı zamanı deyib.
“Bayrağımızı Şuşada, Xankəndidə, Qarabağda dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik”, - icma sədri qeyd edib.
T.Gəncəliyevin sözlərinə görə, ölkə başçısı ermənilərə ikinci böyük zərbəni Aşqabbadda - MDB-nin Zirvə toplantısında vurub: “Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yatdıqları yuxudan ayılsınlar, işğalçı rejimdən qurtulub, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır".
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

.jpg)

























.jpg)


