Nida Xəbər
Məzahir Pənahovun yeni müavini seçildi
Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, əvvəlcə MSK sədri Məzahir Pənahov Rövzət Afət oğlu Qasımovun MSK üzvü təyin olunması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli Qərarını Komissiya üzvlərinin diqqətinə çatdırıb.
Sonra sədr Məzahir Pənahov Rövzət Qasımovun MSK sədrinin müavini vəzifəsinə seçilməsini təklif edib. Bildirib ki, R.Qasımov 22 ildir MSK-da işləyir, bu müddət ərzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonradan Katibliyin müdiri vəzifəsinədək yüksəlib. Fəaliyyəti boyunca aidiyyəti dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri ilə sıx qarşılıqlı faydalı münasibətlər formalaşdıraraq daim peşəkarlıq nümayiş etdirib. Komissiyanın beynəlxalq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində böyük rolu olub. Xarici ölkələrə səfərlərdə və qatıldığı bütün beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.
Komissiya üzvləri R.Qasımovun sədr müavini vəzifəsinə seçilməsinə yekdilliklə səs verib və qərar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
