Nida Xəbər
Türkiyə səfriliyi PKK-nın "kürdlər" kimi təqdim edilməsinə qarşı çıxdı
Türkiyənin terrorla mübarizəsinə kölgə salmaq üçün PKK və törəmələri əvəzinə israrla "kürdlər" deyilməsi şüurlu şəkildə təhrifdir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd edilib.
Məlumatda deyilir: "Türkiyənin PKK terroruna qarşı mübarizəsinə kölgə salmaq məqsədilə aparılan siyasi çıxışlarda, keçirilən mətbuat konfranslarında və mediaya göndərilən bəyanatlarda PKK əvəzinə şüurlu şəkildə "kürdlər" ifadəsi istifadə edilir. Sözü gedən mövqe, Türkiyənin cənub sərhəddində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı Sülh Çeşməsi Hərəkatı prosesində də davam edir. PKK-nın Türkiyə kimi ABŞ və Avropanın da terror təşkilatları siyahısında yer almasına baxmayaraq, nümayiş etdirilən bu davranış, ölkəmizin bu gün də davam etdirdiyi və son 30 illik terrorla mübarizə prosesini təhrif edir. Suriya və İraqdakı müharibədən qaçan kürdlər Türkiyəyə sığınır, ölkəmiz etnik mənşə, din və məzhəb ayrı-seçkiliyi etmədən vətəndaşlara qucaq açır. Həmçinin kürd əsilli vətəndaşlar, Türkiyənin terrorla mübarizəsi əsnasında PKK-nın hərəkət etdiyi ərazilərdən qaçır. Bu vəziyyət Türkiyənin mübarizəsinin kürdlərlə deyil, PKK və törəmələri olan SDG/PYD/YPG adı altında fəaliyyət göstərən terror təşkilatları ilə olduğunun vacib sübutlarından biridir. Türk Silahlı Qüvvələri, Sülh Çeşməsi Hərəkatı zamanı Aİ və NATO tərəfindən də terror təşkilatı kimi qəbul edilən PKK-nın Suriya qanadı olan PYD/YPG ünsürlərini və onlara aid sığınacaq, mövqe, silah, avadanlıq və materialları hədəf alıb. PYD/YPG terror təşkilatının münaqişənin əvvəlindən bu yana kürdlər başda olmaqla bölgə xalqına qarşı təzyiq və qorxutma siyasəti apardığı, yerli xalqı zorla evlərindən didərgin saldığı göz qabağındadır. PYD/YPG-nin etnik təmizləmə başda olmaqla insanlığa qarşı törətdiyi cinayətlər, müstəqil beynəlxalq təşkilatlar tərəfindən də rəsmiləşdirilib".
Səfirlik bəyan edib ki, Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Prof. Dr. Fəxrəddin Altunun Con Boltonun Ankara səfərindən sonra twitter səhifəsində vurğuladığı kimi, "Bölgədə Kürdlərin də sahibi olduğu və rifah içində yaşadığı yeganə dövlət Türkiyədir: "Türkiyə terror təşkilatı olan PKK və onun Suriya qanadı YPG-PYD ilə mübarizə aparır. Fəratın şərqində ABŞ-ın dəstəyi ilə ortaya çıxacaq ehtimal muxtar bölgə Türkiyənin maraqları və gələcəyi baxımından ən böyük təhdidlərdən birini təşkil edir. Türkiyə milli təhlükəsizliyini təhdid edən belə bir irini təmizləmək məsələsində heç kimdən icazə almayacağını Prezident Ərdoğanın açıqlamalarıyla dəfələrlə vurğulayıb. Bundan başqa ABŞ ilə Türkiyə 1952-ci ildən bəri NATO-da yan-yana xidmət edən iki ölkə mövqeyindədir. Bəzi amerikalıların Türkiyənin gözləntilərini görməməzliyə vuraraq PKK-YPG kimi terrorçu strukturlara investisiya qoyması müttəfiqliyə ziddir. ABŞ-ın dəstəklədiyi YPG eynilə DEAŞ kimi terror təşkilatıdır və işgəncə, qətl, uşaqları zorla əsgər aparmaq, yerli xalqı zorla sürgünə göndərmək kimi cinayətlər törətdiyi İnsan Haqları Şurasının hesabatında da yer alıb. YPG zülmündən qaçaraq Türkiyəyə sığınan kürdlərin sayı 500 minə yaxındır. İctimaiyyətə həqiqətlərin çatdırılması üçün məsələ ilə əlaqədar bəyanatımızın dərc olunmasını xahiş edir, işlərinizdə uğurlar arzulayırıq".
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR