Nida Xəbər
Rauf Arifoğludan Arif Hacılıya SƏRT SÖZLƏR: “Bir “donqili” başqana görə...”
“Hamı onu ittiham edir. Silahdaşları, tərəfdaşları, tərəfdarları olmuş şəxslər onu istefaya çağırır. Alman və Azərbaycan mətbuatı ondan yazır, “yutub” kanalları ondan veriliş verir, tamah məqsədi ilə Avropaya siyasi mühacir göndərməsi və onun qurduğu cinayət şəbəkəsi haqda iddialar ortalıqda meydan sulayır. O qədər rəzil bir durumdur ki, gerçək müsavatçıların vicdan və can ağrılarını sözlə ifadə etmək mümkünsüzdür. Adam hər gün özünü də, Müsavatı da daha çox batırır...”.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat başqanı Arif Hacılının onun qəzeti haqda ittihamlarına cavabında belə yazıb.
R. Arifoğlu qeyd edib ki, radikal müxalifətin anası Xədicə İsmayıl başda olmaqla, özünü “gerçək” müxalifət sayan bir çoxları onu ələ salır, məzələnir, status yazır, şəbədə edir: “Alman polisi bunun adamlarını həbs edir, arayış verdiklərini təyyarəyə basıb, geri qaytarır, adı cinayət dosyelərində, qəzet manşetlərindədir... Proses böyüsə, Almaniya hökuməti Müsavat Partiyasının bağlanması məsələsini qaldıracaq... Bir sözlə, Azərbaycan cəmiyyəti və Avropadakı mühacirlərin çoxu cənab Hacılını eşşəyə tərs mindiriblər... O isə bütün bunları; xədicələri, alyaları, almanları, tərs mindirildiyi eşşəyin üstündəki halını görməzdən gəlir... Bizə yüklənir. “Yeni Müsavat” bizə qarşı kampaniya aparır, deyir... Alman polisini də bu hakimiyyət idarə edirmiş, söyləyir. “Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur”, deyib, gülünc bir fikrə mətərislənir. Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bir kəlmə belə yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya mövzu-bahis idi, ona görə. Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm... Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq... Üstəlik, illərdir Müsavat və milli dəyərlərimizə qarşı düşmənlik edən xədicələr onun üstünə ayaq almasın, dost - düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə verdirdim... Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi. Görmək istəmədi...”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

