Nida Xəbər
"Biz çox yaxın dost, tərəfdaş və qardaş ölkələrik" - İlham Əliyev
“Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir və biz çox yaxın dost, tərəfdaş və qardaş ölkələrik. Mən bu əlaqələri qardaşlıq əlaqələri adlandırardım”.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: “Biz beynəlxalq institutlarda bir-birimizi dəstəkləyirik. Biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Biz bu təşkilata üç il müddətində sədrlik edəcəyik. Sizin və Birləşmiş Ərəb Əmirliklərindən olan dostların dəstəyi ilə bu təşkilatın sədri kimi çox fəal olmaq, təşkilatın üzvlərini və onların maraqları dəstəkləmək və bu qurum daxilində daha güclü vəhdət yaratmaq istəyirik. Əlbəttə ki, bunu həmişə dostlarımla, ölkənizin rəhbərləri ilə müzakirə edərkən bildirdiyimiz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələrə bu gün iqtisadi dəstək lazımdır. Buna görə də biz həmişə iqtisadi əməkdaşlığın siyasi əməkdaşlığın səviyyəsinə necə çatdırılması barədə danışırdıq. Bu, asan deyil, lakin bu gün biz çox vacib bir addım atdıq. Həqiqətən də bu, bir çox digər investorlar üçün yol açır.
Onlar “ACWA Power” və “Masdar”ın burada olduqlarını, yüz milyon dollarlıq investisiyalar qoyduqlarını, bizim gələcəyimizə etibar etdiklərini görəcəklər. Buna görə bir çox digər investorlar da sizin arxanızca gələcəklər. Həmçinin tərəfdaşların seçilməsi prosesində biz artıq bu sahəyə marağın olduğunu gördük. Bu maraqları yaradan bir çox amillər var. Birincisi, Azərbaycandakı siyasi sabitlik, proqnozlaşdırma, iqtisadi inkişaf, həmçinin şaxələndirilmiş infrastruktur, ixrac imkanları. Qeyd etdiyim kimi, bu gün biz təkcə neft və qazı yox, həm də elektrik enerjisini ixrac edirik. Böyük potensial var, xüsusilə bərpa olunan enerji sektorunda. Beləliklə, bu layihə bizim üçün çox vacibdir. Sizə bu qərarı verdiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu cür böyük qərarlar hökumətin dəstəyi ilə verilir. Bilirik ki, Səudiyyə Ərəbistanının hökuməti bu qərarı dəstəkləyir və buna görə çox minnətdarıq. Bu, bizim aramızdakı yaxın dostluq əlaqələrimizin daha bir əlamətidir”.
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika20 Mart 16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto






.jpg)













.jpg)














.jpg)

