Nida Xəbər
"Tərtərçayı qoru, Qarabağı qoru!" adlı petisiya başladı - Səs verin!
Birləşmiş Millətlər Təşkilatını Ermənistan hökumətinə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Tərtərçayının üzərində içməli su, suvarma və ətraf mühitə ciddi təsirlər göstərəcək su anbarlarının tikintisinə son qoymaq üçün təzyiq etməyə çağırmaq məqsədi ilə petisiya başlanılıb.
Petisiyanı azərbaycanlı xanım Aybəniz İsmayılova başladıb. O bildirib ki, Ermənistan çay boyunca yaşayan minlərlə insanın həyat mənbəsi olan su resurslarından sui-istifadə etməyə son qoymalıdır, nu insan hüquqlarının kobud pozuntusudur!
Qeyd edək ki, Aybəniz İsmayılova Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir.
Tərtərçay 200 km uzunluğa malikdir və öz mənbəsini Azərbaycanın Kəlbəcər rayonununda götürür. Bu rayon Ermənistan Respublikası tərəfindən 2 aprel 1993-cü ildə işğal olunmuşdur və bu işğal Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi ilə tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi isə Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularına görə Ermənistanın məsuliyyət daşıması barəsində qərar qəbul etmişdir. Xatırladaq ki, Qarabağ erməniləri də bu məsələ ilə bağlı Ermənistan hökumətinə qarşı etiraz aksiyası keçirir.
Petisiyanı https://www.change.org/p/save-river-tartar-save-karabakh linkinə daxil olaraq imzalamaq olar.
Səs verib, dəstək olaq!
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
