Nida Xəbər
Musa Qasımlı seçicilərinə TƏŞƏKKÜR ETDİ: “Mənə olan rəğbət fərəhləndirici idi”
“17 yanvar-7 fevral tarixlərində davam edən təbliğat-təşviqat kampaniyası bu gün sona çatır. Görüşlərimi müəyyənləşdirilən yerlərdə keçirdim. İnsanların məni coşqu ilə qarşılaması xoş idi. Çıxış edənlər ötən illərdəki deputatlıq fəaliyyətimdən razı qaldıqlarını və yenə də mənə səs verəcəklərini ürəklə bildirirdilər”.
Publika.az xəbər verir ki, bu sözləri 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd, professor, görkəmli tarixçi alim Musa Qasımlı deyib.
O, sözlərinə belə davam edib: “Digər kəndlərdə isə fərdi görüşlərim oldu. Gedə bilmədiyim kəndlərin ağsaqqalları və fəal gəncləri ilə telefonla danışdım, seçki qərargahımın üzvləri də bacarıqla təbliğat apardılar. Deputatlıq fəaliyyətim zamanı baş çəkdiyim şəhid ailələrinin evlərinə bir daha getdim. Mənə olan rəğbət fərəhləndirici idi.
Təbliğat-təşviqat kampaniyamın gedişində çıxışıma bütün iddiaçılara hörmət və ehtiramımı bildirməklə başladım, kimsəyə onların barəsində xoş olmayan ifadələr işlətməyə imkan vermədim. İddiaçılardan hörmətli Sahib Ağayevin xəstələndiyini eşitdikdə ona evində baş çəkdim, şəfa dilədim, sonradan da görüşdük. Digər iddiaçılardan - dərin hörmət bəslədiyim tanınmış jurnalist dostum Xanoğlan Əhmədovla telefonla danışıb hal-əhval tutdum, Əli Əliyev, Sərvər Əliyev, Qubadəli Rzayev ilə səmimi söhbətlərimiz oldu, Xaqani Cəfərovun atası hörmətli Vədud kişi isə görüşlərimin birində iştirak edərək ürək sözlərini dedi.
Seçki kampaniyası zamanı böyük zəhmət çəkən seçki qərargahımın üzvlərinə, xüsusən, ötən seçkidə olduğu kimi yenə də Yardımlı rayonu ərazisində mənimlə bərabər hərəkət edən səlahiyyətli nümayəndəm, tanınmış jurnalist Ələskər müəllim Cəfərə, qarlı-çovğunlu günlərdə, çətin keçilən yollarla bizi kəndlərə aparıb-gətirən usta sürücü Möhübbətə, Masallı rayonunda dairəyə daxil olan kəndləri şəxsi “Niva” markalı maşınında gəzdiyim vəkilim, 30 ildən çox tanıdığım Əlibala müəllim Muradova dərindən minnətdarlığımı bildirirəm.
İndi son söz seçicilərindir. Atalar gözəl deyib: “Elin gözü tərəzidir”. Seçim sona çatacaq, keçim başlayacaq. Xeyirli-uğurlu olsun! İnşaallah!”
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar




































