Nida Xəbər
Bu məntəqələrin nəticələri LƏĞV EDİLDİ - TƏCİLİ
MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.
Publika.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov bildirib ki, S.Rəfullayeva bu dairə üzrə pozuntular olduğunu bildirərək, həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.
İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslər etibarsız hesab edilməlidir: “Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.
MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 4 məntəqədə - 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib.
Qeyd edək ki, 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə Sevinc Fətəliyeva (62,2) lider namizəddir.
MSK-nın iclasında 30 saylı Suraxanı seçki dairəsi üzrə S.Rəfullayevanın şikayətinin müzakirəsi üzrə qərar qəbul edildikdən sonra şikayətçi dairə üzrə 1 saylı məntəqədə də ciddi qanun pozuntularının olduğunu bildirib.
MSK sədri Məzahir Pənahov həmin şikayət üzrə videogörüntünün olub-olmadığını soruşub. S.Rəfullayeva belə bir videoya malik olduğunu bildirib. İclasda 1 saylı məntəqədə baş verən pozuntulara dair görüntü böyük ölçülü televizorda nümayiş etdirilib. Nəticədə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 1 saylı məntəqədə də səsvermənin nəticələri etibarsız sayılıb. Beləliklə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə ümumilikdə 5 məntəqədə - 1, 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.
-
ABŞ05:15ABŞ və İran uranı birlikdə çıxaracaq - Trampdan sensasion açıqlama
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

















.jpg)


.webp)














