Nida Xəbər
BTQ insan haqları və yerli xalqların müdafiəsini davam etdirir - Abbas Abbasov
Bakı Təşəbbüs Qrupu (BTQ) əsas fəaliyyət istiqamətləri üzrə işini genişləndirərək kolonializmlə mübarizə aparan tərəflərə dəstəyini davam etdirir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasov bu gün Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumunda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, 2023-cü ildən etibarən təşkilat kolonializmlə legitim mübarizə aparan tərəfləri dəstəkləyir, həmçinin müxtəlif beynəlxalq platformalarda insan haqlarının, yerli xalqların və etnik azlıqların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir.
A. Abbasovun sözlərinə görə, bu gün paytaxt Bakıda keçirilən “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq gənclər forumu BTQ-nin fəaliyyətində yeni bir seqment hesab olunur.
Abbas Abbasov vurğulayıb ki, forum çərçivəsində gənclər üçün yeni beynəlxalq platformaların yaradılması zərurəti iştirakçılar tərəfindən dəfələrlə qeyd edilib:
"Bakı Təşəbbüs Qrupu öz fəaliyyət istiqamətlərini mütəmadi olaraq beynəlxalq təşkilatların gündəliyinə daşıyır. Bu gün keçirilən forum Birləşmiş Millətlər Təşkilatının (BMT) Gənclər Ofisi tərəfindən də dəstəklənib və ofis nümayəndəsi video-müraciətlə iştirakçılara müraciət edib. Hesab edirəm ki, forumun nəticəsi olaraq gənc liderlərlə birlikdə yeni bir gənclər platformasının yaradılması istiqamətində ilkin addımlar atılacaq".
Təşkilatın beynəlxalq əlaqələrinə toxunan icraçı direktor BTQ-nin artıq 10-dan çox ölkə ilə tərəfdaşlıq qurduğunu və eyni sayda dənizaşırı ərazilərlə sıx əməkdaşlığı davam etdirdiyini diqqətə çatdırıb.
-
Magazin217:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi
-
Region15:45Revanşist Baqrat da fəallaşdı - Arxiyepiskopdan xalqa çağırış
-
MDB15:14Məşhur çimərlikdən istifadəyə qadağa qoyuldu - Sanitariya problemləri var
-
Magazin214:28Məşhur rus aktyoruna alkoqol qadağası qoyuldu
-
Yaxın Şərq14:08İsraildə terror oldu: Ölən və yaralananlar var
-
Ekologiya12:35Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Region11:56Ermənistanda seçkilər zamanı texniki nasazlıqlar yarandı








.jpg)






























