Nida Xəbər
MSK 4 dairənin və 73 məntəqənin NƏTİCƏLƏRİNİ LƏĞV ETDİ - TAM SİYAHI
Milli Məclisə seçkilər üzrə indiyə qədər nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub.
Publika.az əbər verir ki, bugünədək 21 seçki dairəsinin 73 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.
Onlardan 70-i ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK), 3-ü barədə isə dairə seçki komissiyaları (DSK) müvafiq qərar veriblər.
Belə ki, MSK-nın qərarları ilə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 (24 saylı), 9 saylı Binəqədi ikinci seçki dairəsinin 3 (20, 31 və 35 saylı), 11 saylı Qaradağ seçki dairəsinin 1 (30 saylı), 22 saylı Nəsimi seçki dairəsinin 4 (1, 11, 20 və 24 saylı), 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 (14, 17, 23 və 25 saylı), 25 saylı Nizami ikinci seçki dairəsinin 1 (26 saylı), 29 saylı Səbail seçki dairəsinin 6 (1, 5, 9, 11, 17 və 25 saylı), 30 saylı Suraxanı ikinci seçki dairəsinin 5 (1, 12, 14, 16 və 18 saylı), 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 3 (4, 8 və 9 saylı), 34 saylı Xətai ikinci seçki dairəsinin 7 (1, 2, 3, 4, 18, 30 və 35 saylı), 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 1 (8 saylı), 47 saylı Mingəçevir seçki dairəsinin 3 (9, 17 və 21 saylı), 57 saylı Kürdəmir seçki dairəsinin 5 (7, 18, 20, 27, və 33 saylı), 79 saylı İmişli seçki dairəsinin 5 (14, 16, 21, 23 və 25 saylı), 81 saylı Beyləqan seçki dairəsinin 4 (1, 4, 6 və 31 saylı), 90 saylı Şəmkir kənd seçki dairəsinin 2 (6 və 7 saylı), 91 saylı Ucar seçki dairəsinin 2 (18 və 38 saylı), 107 saylı Qazax seçki dairəsinin 1 (2 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (16 saylı) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 (1, 10, 13, 32, 36, 37, 38, 39, 40 , 55 və 59 saylı) seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.
111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2 (4 və 43 saylı), 123 saylı Kəlbəcər seçki dairəsinin 1 (10 saylı) məntəqəsinin nəticələri isə DSK-lar tərəfindən ləğv edilib.
Lakin məntəqələr üzrə ləğvetmələr həmin dairələrdə lider namizədlərin dəyişməsinə səbəb olmayıb. 21 seçki dairəsinin hamısında MSK-nın ilkin nəticələri olduğu kimi qalıb.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadı Rəcəbli), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) və 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov) nəticələri ləğv olunub. (“Report”)
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





