Nida Xəbər
Bəxtiyar Hacıyevin piket müraciətinə cavab verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Məclisə növbədənkənar seçkilərdə qeydiyyatdan keçmiş bir qrup namizədin təşəbbüs qrupu adından Bəxtiyar Hacıyevin piket keçirməklə bağlı müraciətinə cavab verib.
Publika.az xəbər verir ki, cavabda bildirilib ki, namizədlərin təşəbbüs qrupunun martın 5-də saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciəti “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermir:
"Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrinlə seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək deyil, aidiyyəti üzrə müraciət etmək tövsiyə edilir. Qeyd olunanla əlaqədar planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik".
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətinə martın 5-də saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciət edib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
















.jpg)



















.jpg)

.jpg)