Nida Xəbər
“Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verdik” - Prezidentin köməkçisi
Azərbaycan COVID-19 ilə mübarizədə uğur hekayələrindən biridir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” xəbər telekanalına müsahibəsində deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan hökuməti yanvarın ortalarından bəri müəyyən addımlar atır:
“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi strateji baxış, habelə COVID-19 ilə əlaqəli risklərin qiymətləndirilməsi və təhlili ilə əlaqədardır. Nəticədə deyə bilərik ki, Azərbaycan daha yaxşı vəziyyətdədir. Bu, COVID-19 ilə mübarizədəki uğur hekayələrindən biridir.
Azərbaycan hökuməti tərəfindən görülən işlərə gəlincə, H.Hacıyev qeyd edib ki, COVID-19 böhranı ilə mübarizədə milli koordinasiya son dərəcə vacibdir:
“Buna görə də Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti yanında bütün dövlət qurumlarının fəaliyyətlərini əlaqələndirmək üçün işçi qrupu yaradılıb. Əlbəttə, karantin tədbirləri də son dərəcə vacibdir. Burada Azərbaycanın misilsiz təcrübəsini bölüşmək istərdim. Yanvarın sonu və fevralın əvvəlindən Azərbaycana gələn bütün azərbaycanlıları və ya xarici vətəndaşları xüsusi karantin zonalarında yerləşdirməyə başladıq. Bunun üçün dörd və beşulduzlu otellər ayrılıb. Fevral ayının ortalarından etibarən müəyyən məhdudiyyətlər tətbiq olunur. Mart ayının əvvəlindən etibarən bütün təhsil müəssisələri bağlanıb və sosial izolyasiya tədbirləri tətbiq edilib, hərəkət məhdudlaşdırılıb. Bütün bu tədbirlər sayəsində Azərbaycanın uğur hekayəsinə səmərəli töhfələr verdik”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
