Nida Xəbər
Tender elanları görəndə qıcıqlanıram - Razi Nurullayev
“Hesablama Palatasının üzərinə ciddi iş düşür. Narahat olduğum məqam Palatanın ritorikasının və yanaşmasının liberal olmasıdır. Gözləntilər böyükdür və daha dərin araşdırmaların, daha sərt ritorikaların işlənməsinə ehtiyac var. Hesabatda bəzi məqamları sezdim ki, sanki yanlışlıqlar, büdcə şişirtmələri, xərclərə nəzarət olunmaması savadsızlıqla, bacarıqsızlıqla, təcrübəsizliklə bağlıdır. İnanın ki, belə deyil”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, satın alınacaq mallar və xidmətlər şişirdilir, mallar yığılıb anbarlarda qalır: “Bu səmərəliliyi, ehtiyacın həcmini bilməmə deyil, yaxud da yanlış hesablama deyil. Nə qədər çox mal və xidmət alırsan, bir o qədər “otkat” gəlir. Bu birbaşa maliyyənin silinməsi, büdcə talançılığı deməkdir. Bu məsələnin cinayət məsuliyyəti yaratması barədə yumşalmalar gedir, amma bəlkə də doğru deyil. Tenderlərin keçirilməsi rəsmiyyətdir. İnana bilmərəm ki, kimsəsiz şirkət razılaşdırmadan, rüşvət vermədən tender qalibi ola bilər. Əksər hallarda isə tenderi udan MMC tenderi sifariş edən vəzifəli şəxsin qohumunun, tanışının, oğul və qızının adınadır. Bu, dövlətin pulunu qanunsuz şəkildə mənimsəməkdir. Ölkəmizdə keçirilən tenderlər ikrah hissi yaradır. Mən tender elanları görəndə qıcıqlanıram. Çünki bilirəm ki, qalib çoxdan məlumdur. Hansısa şirkətlər də aldanıb tender prosedurlarına görə pul köçürür və ziyana düşür. Bilirsiniz bu nəyə bənzəyir? Televiziya və radiolarda viktorina keçirilir. Sual verirlər ki, Azərbaycanın paytaxtı haradır? Bir saat da vaxt verirlər, ya da deyirlər ki, sabaha kimi cavablarınızı SMS-lə göndərin. Qəsdən baxça səviyyəsində asan sual verirlər. Minlərlə insan tora düşür. Bir nəfər əlli manatlıq mükafat alır, veriliş sahibi böyük məbləğ qazanır. Ölkə vətəndaşları ilə baxça səviyyəsində məzələnmək istəyənlər böyük səhvə yol verir və özlərinə quyu qazırlar”.
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"





































