Nida Xəbər
Təhqirə ən çox məruz qalan mənəm - Adil Əliyev
Hazırda bütün dünyada 4,54 milyard sosial şəbəkə istifadəçisi var.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında vitse-spiker Adil Əliyev deyib.
Vitse-spiker bildirib ki, sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri də ordadır:
“Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır. Sosial şəbəkə istifadəçisi təbii ki, fikrini ifadə etməlidir. Lakin Konstitusiyanın 47-ci maddəsi diqtə edir ki, tənqidə dözümlü olmalıyıq, təhqirə isə yox. Sosial platformalar hansısa məqsədlərə nail olmaq üçün istifadə edilən yerdir. ABŞ prezidentinin dediyi kimi, sosial şəbəkələr bir qrup insanın maraqlarını təmin edən platformaya çevrilib. Son zamanlar ölkəmizdə də müharibə, terrorizm və s. ilə bağlı çağırışlar edilir. Ancaq bu qanunazidd addımların qarşısı alınır. Lakin bizim müvafiq komitəmizdə bu məsələ ilə bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac var. Cinayət və İnzibati Xətalar Məcəlləsində bu dəyişikliklərin edilməsi üçün peşəkar hüquqşünaslar da bu məsələyə cəlb edilsin”.
Deputat qeyd edib ki, təhqirə ən çox məruz qalan deputatlardan biri də özüdür:
“Mən cavab verdiyim üçün onlar bunu daha da davam etdirirlər. Mənimlə eyni gündə digərlərini də təhqir ediblər, onlar susublar deyə, daha onların üstünə getməyiblər. Bu məsələdə susmaq olmaz. Sabah digərlərimiz də təhqirə məruz qala bilərik. Ona görə də bununla biz birgə mübarizə aparmalıyıq”.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
















.jpg)



















