Nida Xəbər
Onların tarixi faktlara söykənəcək əsasları yoxdur - RƏY
“Prezident İlham Əliyev həm Azərbaycan torpaqlarında ermənilərin məskunlaşma tarixinin, həm də ermənilərə İrəvanın güzəştə gedilməsi tarixinin əsaslarını çox yaxşı bilir. Cənab Prezident bütün gənclərə tariximizi öyrənməyi və yaxşı bilməyi tövsiyə edir. Azərbaycanın tarixini yaxşı bilən hər bir gənc tarixi faktlara daha düzgün dəyər verə bilər. İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı qeyd etdi ki, İrəvan Azərbaycanın tarixi torpağıdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bir gün sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin tarixi səhv olduğu bir daha nümayiş etdirildi”.
Bunu Publika.az-a danışan deputat Azər Badamov deyib. O qeyd edib ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin tarixi məlumdur:
“XX əsrin əvvəllərindəki toponimlərə diqqət etsək, hər birinin Azərbaycan mənşəli olduğunu görərik. Bu bir daha onu sübut edir ki, ermənilər bu ərazilərə köçürülmüş xalqdır. Bu gün onların tarixi faktlara söykənəcək hər hansı əsasları yoxdur. Ermənilər Azərbaycan torpaqlarına, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. Ölkə başçısı çıxışı zamanı qeyd etdi ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. Bu abidə sökülsə də tikintinin müəyyən hissəsi yerində qalıb. Əgər kimsə buna şübhə ilə yanaşırsa, o abidəyə baxaraq fikir formalaşdıra bilər. 150 il bundan əvvəl ermənilər heç Dağlıq Qarabağda olmayıblar da. Bu onu sübut edir ki, İrəvan qədim Azərbaycan şəhəridir”.
A.Badamov bildirib ki, Ermənistanın siyasəti faşizm üzərində qurulub və onlar tarixin hər bir dönəmində faşizm ideyalarından uzaqlaşa bilməyiblər:
“Böyük Vətən müharibəsi dövründə Qaregin Njde qeyd edirdi ki, kim Almaniya uğrunda ölürsə o, Ermənistan uğrunda həlak olur. Bu bir daha onu göstərir ki, ermənilər hər zaman faşizmə dəstək verən bir xalq olublar. Ermənistanın Tərtəri, Ağdamın kəndlərini bombalaması da elə faşizm ideyasına əsaslanır. Azərbaycan torpaqlarında özlərinə qondarma respublika qurmaq istəkləri də bunu sübut edir. Bu gün Ermənistanda başqa milli azlığın yaşamaması və orada yaşayan azərbaycanlıların öz doğma torpaqlarından çıxarılması bunun əsas nümunələrindəndir. Bu gün Tərtər rayonunda suvarma məsələsində problem olması Ermənistanın faşizmə xidmət istiqamətini göstərir. Sərsəng su anbarının inşası Azərbaycanın maliyyəsi hesabına inşa olunub. Amma bir faşist ölkəsi bu su anbarından istifadənin qarşısını alır. Ermənistan kənd təsərrüfatı üçün nəzərdə tutulan suvarma suyunu kəsib. Bu, ölkəmizə qarşı ekoloji terrordur”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





