Nida Xəbər
Heç kəs polisin fədakar əməyinin üzərinə kölgə salmağa cəhd etməsin - Hüquqşünas
“Bütün dünya pandemiyanı müharibə olaraq qəbul edib. Koronavirus yayıldığı andan bu müharibənin ön sıralarında həkimlərlə yanaşı polislər də dayanıb. Xüsusi karantin rejiminin təmin edilməsi daxili işlər orqanlarına həvalə edilib. Bu müddət ərzində də polislərimiz çox peşəkar səviyyədə proseslərin öhdəsindən gəldi. İnsanlarla davranma barədə məsələlərdə polis işçiləri xüsusi qayğı nümayiş etdirdilər. Hətta bir neçə polis xidməti vəzifələrini icra edərkən koronavirusa yoluxdu. Bu da onların fədakarlığının göstəricilərndən biridir”.
Bunu Publika.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib. O bildirib ki, pandemiya dövründə Azərbaycan polisi fədakarlıq nümayiş etdirib və xidməti vəzifələrini layiqincə yerinə yetirib:
“Eyni zamanda, son günlər Azərbaycan polisinin necə fədakar olduğunu bir daha gördük. Biz polisin əhaliyə necə diqqət göstərməsi ilə bağlı sosial mediada xeyli faktların şahidi olduq. Çörək ala bilməyən ailəyə polis çörək apardı, həkimə getməsi vacib olan qadını xəstəxanaya çatdırdı və s. Onlarla belə polis fəaliyyətinin göstəricisi olan faktlar saymaq olar. Çox təəssüflər olsun ki, əhalinin əksəriyyəti karantin qaydalarına, verilən tələb və tövsiyələrə əməl etmir. Bu da virusun daha geniş yayılmasına səbəb olur. Bu səbəbdən cərimələrin tətbiq edilməsi prosesində biz polis işçilərinin insanlara qarşı güzəştlər etdiklərinin və humanist yanaşdıqlarının şahidi olduq. Polis bir çox insanı nəzakətlə evlərinə yola saldı. Cərimə də tətbiq edə bilərdi. Amma bu situasiyanı qiymətləndirmək çox vacib məsələdir. Çünki burada psixoloji məqamlar var. İnsanları xoş sözlərlə, nəzakətlə qaydalara əməl etməyə çağırmaq onları daha da bu işə məsuliyyətli yanaşmağa vadar etdi. Bu işdə Azərbaycan polisinin fəaliyyəti çox böyükdür.
Amma biz polisə qarşı nəzakətsiz hərəkətlərin də şahidi olduq. Bu məsələyə diqqət yetirmək, xidməti vəzifəsini həyata keçirən polislərə qarşı etik davranış qaydalarını gözləmək lazımdır. Bu yolverilməzdir. İnsanlar əsəblərini cilovlamağı bacarmalıdırlar. Biz qanun və qaydalara diqqət etməliyik ki, bu fədakar əməyin üzərinə kimsə kölgə salmağa cəhd etməsin. Bu məsələlər çox vacibdir. Pandemiya çox ağır situasiya yaradıb. Dünyada da bu belədir. Xarici ölkələrdə iğtişaşlar olur. Azərbaycan belə hallardan uzaqdır. Hər şey öz qaydasındadır. Burada təhlükəsizlik qaydalarına əməl edilməsi, ictimai asayişin qorunması, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə yanaşı, polis işçilərinin də fədakarlığını qeyd etmək lazımdır. Bu məsələlərə diqqəti artırmaq, etik standartlarla bağlı daha nəzakətli rəftar nümayiş etdirmək lazımdır. Kiçik bir nöqsan böyük fəaliyyətə kölgə sala bilər. İnsanlar çox kiçik qüsuru böyüdürlər və onu ümumiləşdirməyə çalışırlar. Əhali belə hallardan çəkinməlidir”.
Akqabay Mıradov
-
Magazin222:44
60 yaşlı Monika Belluççi bu pozaları ilə gündəmə gəldi - FOTOLAR
-
Hadisə22:32
Azərbaycanda hərbçilər zəncirvari qəzaya düşdü
-
İqtisadi gündəm21:55
Trampın seçilməsi birjalara necə təsir etdi?
-
Hadisə20:55
Ordumuzun əsgəri intihar etdi
-
Maraq dünyası19:25
1938-ci ildə mobil telefonla danışan qadının kimliyi üzə çıxdı - Şok iddia
-
Magazin119:15
Ülviyyə boğazına ilan doladı - FOTO
-
Nəqliyyat19:05
Yolu “28 May”a düşənlərə şad xəbər: Sabahdan...
-
Nəqliyyat19:00
Bakıda metro onlar üçün pulsuzdur - Bu gündən etibarən...