Nida Xəbər
Rusiyadakı diaspor rəhbərləri virtual cəmiyyətlərin yaradılmasını təklif ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Rusiyadakı Azərbaycan diasporunun bir qrup rəhbərinin qatıldığı videokonfrans təşkil edilib.
Komitədən Publika.az-a verilən məlumata görə, virtual tədbirdə Moskva vilayətindən azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Elşən İbrahimov, İstra şəhərindən azərbaycanlı icmanın rəhbəri Ramil Əliyev, Kursk vilayətindən azərbaycanlı icmanın rəhbəri Qasım Kərimov, Ryazan vilayətindən insan haqları üzrə müvəkkilin köməkçisi Samir Qarayev, Kostroma vilayətindən azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri Kamran Babayev, Voronej vilayətindən “Edinstvo-Birlik” ictimai təşkilatının sədri Mehdi Mehdiyev, Dövlət Komitəsinin məsul əməkdaşları Ruslan Quliyev, Tural Səfərov, Zaur Ramazanov və tədqiqatçı ekspert Teymur Atayev iştirak ediblər.
Müzakirələr zamanı diaspor sədrləri yeni növ koronavirus pandemiyası ilə əlaqədar müvəqqəti çətinliklərlə üzləşmiş soydaşlarımızın, yerli aztəminatlı və çoxuşaqlı ailələrin dəstəklənməsi üçün müxtəlif xeyriyyə kampaniyalarının gerçəkləşdirilməsi, rəhbərlik etdikləri təşkilatların fəaliyyəti və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər. Pandemiya dönəmində Rusiyadakı diaspor təşkilatlarının koordinasiyalı şəkildə fəaliyyətini təmin etmək məqsədilə virtual cəmiyyətlərin yaradılması, iki ölkə arasında qarşılıqlı münasibətləri inkişaf etdirəcək layihələrin dəstəklənməsi, informasiya mübadiləsinin intensivləşdirilməsi, postpandemiya dövründə fəaliyyət və s. barədə fikir mübadiləsi aparılıb.
Diaspor rəhbərləri videokonfransların əhəmiyyətini qeyd edərək davamlı olaraq keçirilməsinin zəruriliyini vurğulayıblar.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
















.jpg)



















