Nida Xəbər
Zakir Həsənov yeni hərbi hissənin açılışını etdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən yeni inşa edilən hərbi hissənin açılışı olub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.
Hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimi olub.
Ailələri təbrik edən Müdafiə naziri bu yaxınlarda Hövsan qəsəbəsində hərbi qulluqçular üçün istifadəyə verilən daimi mənzillərin və “Qobu Park-3” yaşayış kompleksinin açılışında Ali Baş Komandanın iştirakını qeyd edərək bu istiqamətdə görülən kompleks tədbirlərin ölkə başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Nazir bu hərbi hissənin açılışını Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılan növbəti addım olduğunu qeyd edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə planlı şəkildə hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu bildirən Müdafiə naziri bu işlərin davamlı olacağını diqqətə çatdırıb.
Nazir bildirib ki, cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.
Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, beş mərtəbəli bina tam təmirli 3 otaqlı 60 mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.
Bildirilib ki, bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx və digər mebel dəsti ilə təmin edilib. Ərazi hasara alınıb, asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları ilə təmin olunub, avtodayanacaq üçün yer ayrılıb, su təmizləyici qurğu quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.







-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video




























.png)


.jpg)



