Nida Xəbər
Azərbaycanda bütün şəhər və rayon başçıları qarşısında tələb qoyuldu - FOTO
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
Publika.az xəbər verir ki, müşavirədə Prezidentin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.
Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.
Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.
Əli Əsədov rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
