Nida Xəbər
Ədalət Vəliyev partiya sədri ilə görüşdü
Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli arasında görüş keçirilib.
Publika.az-ın Teleqraf.com-a istinadla məlumatına görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya ilə əlaqədar həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Ədalət Vəliyev qeyd edib ki, bu gün ölkəmizdə COVID-19 pandemiyası dövründə ölənlərin sayı minimal səviyyədədir: "Cənab Prezident tərəfindən qəbul edilmiş müvafiq qərarlar nəticəsində koronavirusa yoluxmuş şəxslərin müalicəsi ödənişsizdir, müvafiq 10 müasir modul tipli xəstəxana tikilib, zəruri tibbi avadanlıqlar alınıb, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanılıb, həmçinin iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün dövlət dəstək proqramı həyata keçirilib".
PA-nın şöbə müdiri siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıqlarını və bunu davam etdirəcəklərini, hər hansı təklif irəli sürən siyasi təşkilat rəhbərlərini dinləməyə hazır olduqlarını, siyasi partiyalara yerlə, qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bəyan edib.
Tərəflər hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirməsi, eyni zamanda onun davamlı və dayanıqlı olmasının əhəmiyyəti barədə həmfikir olduqlarını bildiriblər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
