Nida Xəbər
ABŞ-dan Ermənistana tarixi zərbə - “Azərbaycan ərazilərinin işğalı…”
“ABŞ Konqresində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı təsdiqlənə bilər”.
Publika.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist Moldova, Azərbaycan, Ukrayna və Gürcüstandakı işğal faktları ilə əlaqədar Konqresə qanun layihəsi təqdim edildiyini bildirib:
“Erməni siyasi şərhçi Suren Sərkisyan yazır ki, ABŞ tarixi boyunca Konqresdə ermənlərə qarşı ən sərt qətnamə layihəsi müzakirə olunur. Sərkisyan bundan çox narahat olduğunu bəyan edib və Ermənistanı, habelə bütün dünya ermənilərini, xüsusilə də ABŞ-dakı erməni diaspor təşkilatlarını qətnaməyə qarşı “vahid düşərgədə çıxış etməyə” çağırıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə-ədliyyə komitəsi “Milli Müdafiə haqqında” qətnamə layihəsini müzakirə edir. Layihədə yazılıb ki, ABŞ-ın dövlət katibi müdafiə naziri ilə birlikdə Konqresin müvafiq strukturlarına Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanqdakı daxili köçkünlərin statusu ilə bağlı məruzə təqdim etməlidirlər.
Məruzədə bu səciyyələndirmələr yer almalıdır:
Xarici qüvvələr tərəfindən bu ölkələrin işğal olunmuş ərazilərindən 1991-ci ildən bəri zorla çıxarılmış Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan vətəndaşlarının sayı;
Xarici ölkələrin qoşunlarının işğal əməliyyatları zamanı qətlə yetirilmiş Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan vətəndaşlarının sayı”.
Elçin Alıoğlu qeyd edib ki, qətnamə layihəsi faktiki olaraq Ukrayna, Azərbaycan, Moldova və Azərbaycan ərazilərinin bir qisminin “xarici qüvvə”lər tərəfindən işğalını təsdiqləməklə yanaşı, bu işğal zamanı yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış insanları “daxili köçkün” statusu ilə yanaşı, işğal qurbanları statusunda tanıyır:
“Qənaətimə görə, qətnamə layihəsi indiki redaksiyada qəbul olunarsa, ABŞ Ermənistanı Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş dövlətlə yanaşı, Azərbaycan vətəndaşlarını işğal zamanı amansızlıqla qətlə yetirmiş ölkə kimi tanımalıdır”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.jpg)



















.jpg)

.jpg)
