Nida Xəbər
Tovuzda şəhid olan Elşad Məmmədovun daha bir övladı dünyaya gələcək
“Bəzən həyatımda elə təsadüflər baş verir ki, özüm belə məəttəl qalıram ... Elə hadisələr yaşanır ki, təsirindən uzun müddət özümə gələ bilmirəm... Eynilə bu gün yaşanan hadisə kimi ...”
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran instqramda yazıb. Tovuz döyüşlərdində şəhid olan Eşlad Məmmədovun ailəsini ziyarət edən Hacı Nuran hərbiçinin daha bir övladı dünyaya gələcəyinni xəbər verib:
“Təsadüfmü, zərurətmi Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Bu kənddə iyul ayının 12 də Tovuz sərhəddində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun (10.01.1996 - 12.07.2020) evində qonaq oldum... Əslində bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana, amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır... Biz çox şeydən danışdıq: Elşadın uşaqlığından tutmuş toyuna qədər... Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək. Tezliklə şəhid Elşad Məmmədovun daha bir övladı doğulacaq. O övlad ki atasının igidliyi, qorxmazlığı barədə həmişə nənə-babasından nağıllar eşidəcək. O övlad ki həmişə fəxr edəcək şəhid Elşad Məmmədovun övladı olduğu üçün. Məncə, bir atanın övladı üçün bundan böyük qoyub gedəcəyi ad yoxdur. Ruhun şad olsun, igid şəhid”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)



.png)















.jpg)
.jpg)





