Nida Xəbər
Bu məsələdə Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılır - Azər Bayramov
Büdcədə artırılan 465 milyon vəsait müdafiə və təhlükəsizlik xərcləri, o cümlədən pandemiya ilə mübarizəyə həsr ediləcək.
Publika.az xəbər verir ki, bu fikirləri “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deputatların təklif və suallarına cavab verərkən deyib.
Nazir müavini bəzi deputatların su pobleminə diqqət çəkdiyini xatırladaraq bildirib ki, Prezidentin sərəncamı ilə su problemləri ilə bağlı dövlət komissiyası yaradılıb: “Komissiya təkliflərini hazırlayıb təqdim edəcək. Bu istiqamətdə işlər aparılır və müəyyən xərclər nəzərə alınır. Dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclər bölməsində “Azərsu” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və digər qurumlara vəsait ayrılıb. Bir şeyi də diqqətə çatdırım ki, bu günə də “Azərsu” və digər müvafiq qurumlara ayrılan vəsaitlərin bir hissəsi istifadə olunmayıb”.
Bəzi deputatların təhsil mövzusunda təkliflər səsləndirdiyini bildirən Azər Bayramov əlavə edib ki, ali təhsil ocaqlarının maliyyəsinin 80 faizi burada çalışan müəllimlərin əməkhaqlarının 80 faizini təşkil edir: “Dövlət büdcəsində tələbələrin maliyyələşməsi üçün əlavə 40 milyon vəsait ayrılıb. Bu vəsaitin 13 milyon vəsaiti artıq müvafiq istiqamətə yönəldilib. Bu məsələdə Təhsil Nazirliyi ilə məsləhətləşmələr aparılır. Təbii ki, bu vəsaitlərin təkcə ayrılması deyil, həm də şəffaflığın təmin olunması lazımdır”.
Nazir müavini sonda qeyd edib ki, Naxçıvana dövlət büdcəsindən ayrılan 1,7 milyon manat pandemiya ilə mübarizəyə görə ayrılmayıb: “Siyavuş Novruzov və Səttar Mehbalıyev Naxçıvana ayrılan vəsaitlərin az olduğunu qeyd etdi. Məlumat üçün bildirim ki, pandemiya ilə mübarizəyə ayrılan xərclər mərkəzləşdirilmiş şəkildə ayrılıb. Ona görə də Naxçıvana da pandemiya ilə mübarizə üçün maliyyə mərkəzləşmiş xərclərdən ayrılacaq”.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)

.jpg)



























